Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Yaxşı komandaya qarşı oynadıq və qalib gəldik"
Qurban Qurbanov: "Yaxşı komandaya qarşı oynadıq və qalib gəldik"

"Futbolçuları təbrik edirəm. Vacib 3 xal qazandıq. Oyunçular çox əziyyət çəkdilər. Bəziləri idman formasından uzaq idi. Bu az matça çıxmaqla bağlıdır. Yaxşı komandaya qarşı oynadıq və qalib gəldik. Oyundan və nəticədən razı qaldım".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Qaspar Panaderonun formada olmadığını bildirib: "Onun növbəti avrokubok görüşünə kimi tam hazır olacağını deyə bilmərəm. Bugünkü formasından razı deyiləm".

Təcrübəli baş məşqçi Ramil Şeydayev haqqında da danışıb: "Bəzən futbolçuda inamsızlıq olur. Belə şey yoxdur ki, bir qol vursa, hər şey qaydasına düşəcək. İstəyindən əl çəkməməlidir. Hər futbolçudan faydalanmağa çalışırıq. Şeydayev qarşıda daha yaxşı olacaq. İstəklidir, bəlkə də onun haqqında danışmaq Ramilə təsir edir. Rəqibləri də nəzərə almalıyıq. Düşünürəm ki, hər oyunçumuz növbəti görüşlərdə daha yaxşı olacaq. Filip Ozobiç isə millidə 3 oyun oynadı. Biz Kadi Borgesi də həmin mövqedə oynatdıq. Kimsə iki oyun oynamırsa, bu uzun müddət hesab olunur. Ozobiç ritmdən düşmüşdü. Rəqiblər də belə oyunçulara qarşı daha diqqətli oynayırlar. Hazırda qol epizoduna girirsə, daha da yaxşı ola bilər. Ozobiç çatışmazlığı öz təcrübəsi ilə aradan qaldırır".

Qurbanov Bəhlul Mustafazadənıb oyunundan razı qaldığını sözlərinə əlavə edib: "Neçə oyun meydana çıxmadığı üçün ayağında ağrı oldu. Çox çalışır, məşq edir. Zədəsi ciddi deyil".

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »