Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məqsəd kimi qarşımıza qoyduq ki, Ronaldinyo ilə əməkdaşlıq edək"
"Məqsəd kimi qarşımıza qoyduq ki, Ronaldinyo ilə əməkdaşlıq edək"

Bir neçə il öncə, Azərbaycanda ilk futbol meneceri oyunu "Eleven Kings" yaradıldı. Oyun tez bir zamanda populyarlaşdı. Bir müddət əvvəl isə oyunun təsisçisi Orxan Rzayev dünyada məhşur Ronaldinyo ilə müqavilə imzaladı. Yəni bundan sonra oyunun siması Ronaldinyo olacaqdı. Azərbaycanlı gəncin belə bir uğura imza atması cəmiyyətimiz üçün də maraqlıdır.

Bizimyol.info saytı Azərbaycanın ilk futbol menecer oyununun təsisçisi Orxan Rzayevlə bu mövzuda danışıb:

- Orxan bəy, "Eleven Kings" necə yarandı?

- Artıq 12 ildir ki, həm startap, həm də rəqəmsal marketinq sferasındayam. Bundan əvvəl müxtəlif startaplar olub. Və bunlar daha çox lokal bazara - yerli bazara fokuslanan olub. 2017-ci ildə qərara gəldim ki, qlobal bir startap platforması təsis edək.

Araşdırmalardan sonra son qərar oldu ki, futbol menecer oyunu yaradaq. Çünki mən artıq 15-16 ildir ki, futbol menecer oyunları oynayıram. Dünyada demək olar ki, mövcud olan bütün futbol menecer oyunlarını oynamışam. Bu tipli oyunların həvəskarıyam. Belə oyunların həm texniki, həm istifadəçi, həm də biznes tərəflərini kifayət qədər bilirəm. Belə düşündüm ki, bu tipli oyun düzəltsəm, uğurlu olar.

2017-ci ilin iyul ayında ilk dəfə bu ideya yarandı. Dizayner və proqramçı dostlarımla məsləhətdikləşdikdən sonra belə bir tətbiq qurmaq qərarına gəldim. İşlər yavaş- yavaş başladı. Araşdırmalar, biznes planı, oyun məntiqi və sair.

2018-ci ilin yayında işlər sürətləndi və 2019-cu ilin sentyabrında "Eleven Kings" oyunu" playstore-da istifadəyə verildi. Həmin vaxtdan gün o vaxtdan bu oyun inkişaf etdirildi. Oyun üzərində yenilənmələr davam edir.

Hazırda "Eleven Kings" playstore-da aktivdir. İndiyə qədər oyunun iki yüz minə yaxın yükləməsi var.

Eleven Kings oyunu

- Oyunun məşhur siması olaraq Ronaldinyonu seçməkdə xüsusi səbəbi varmı?

- 2017-ci ilin yayında bu ideya ilk yaranan zaman bir məqsəd kimi qarşımıza qoyduq ki, Ronaldinyo ilə əməkdaşlıq edək, yəni sırf Ronaldinyo. Çünki mənim üçün futbol tarixinin ən önəmli siması Ronaldinyodur. Buna görə də hədəfi maksimum qoyduq. Çalışıb Ronaldinyo ilə əməkdaşlıq etməli idik. Həmin vaxt üçün bu qeyri-real, absurd arzu idi. Amma biz dayanmadıq. Bunun üçün çalışdıq, müxtəlif əlaqələr qurmağa çalışdıq. Müxtəlif vasitələrlə Ronaldinyonun komandasına çıxmağa çalışdıq və buna nail olduq. Daha sonra onlayn danışıqlarımız oldu. Sonra real görüşlərimiz oldu. Ötən ay avqust ayında Miami şəhərində Ronaldinyo və komandası ilə görüşümüz oldu. Görüş çərçivəsində rəsmi müqavilə də imzalandı. Artıq Ronaliniyo "Eleven Kings" oyunun simasıdır və əsas "inflenseri"dir. Ronaldinyo ilə müqavilə, Azərbaycan startapı üçün çox əhəmiyyətlidir.

- Müqavilənin dəyəri nə qədərdir?

- Bizim müqaviləni dəyər olaraq ölçsək, təxminən 10 milyon dollarlıq bir müqavilədir. "Eleven Kings" oyunu Ronaldinyonun simasından və adından, marketinq və reklam xidmətlərindən istifadə etmək hüququ qazanıb. Bunu həm bizim mobil tətbiqimizdə görə bilərsiniz, həm rəsmi saytımızda, həm də digər marketinq kanallarımızda. Həmçinin, hər həftə Ronaldinyoya məxsus sosyal şəbəkə hesablarında "Eleven Kings"-in reklamları gedir. Ronaldinyonun sosial şəbəkə üzərində 130 milyon izləyicisi olduğunu nəzərə alsaq, bu qlobal bir auditoriyaya xitab deməkdir.

İşin uğurlu tərəfi ondan ibarətdir ki, biz Ronaldinyonun şirkətinə pul ödəmədik. Yəni 10 milyon dollar yox, şirkətdən hissə verərək imzaladıq. Ronaldinyo ilə komandası "Eleven Kings" oyununun gələcək potensialını görərək imza atdı. Hazırda, Ronaldinyonun şirkəti "Eleven Kings"-də pay sahibidir.

- Oyunun gələcəyi ilə bağlı başqa hansı planlarınız var?

- Gələcək planlarımız; oyunumuzu qlobal bazarda böyütmək və dünyada tanınan bir oyun səviyyəsinə gətirməkdir. Bu kimi oyunların bazar dəyəri bir neçə yüz milyonlarla ölçülür. Yəni, bu bazar çox fantastik bir bazardır. Biz də qısa zamanda ciddi uğurlar qazanmaq üçün çalışırıq.

İlahin, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »