Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Allergiyası olan uşaqların ağciyərləri və burunları həssas olur"
"Allergiyası olan uşaqların ağciyərləri və burunları həssas olur"

Pandemiya səbəbilə uzun müddətdir ki, ənənəvi təhsil olmadan, onlayn təhsil ilə tədris ilini birtəhər yola verdik. İndi isə, yeni tədris ilində əyani təhsilin olacağı deyilir. Bu ərəfədə valideynlər həm narahatdır, həm həyəcanlı.

Payızın gəlişi digər xəstəliklərin oyanmasına səbəb olacaq. Bununla yanaşı allergiyası və ya astma xəstəliyi olan uşaqlarda xəstəliklər alovlana bilər. Çünki uşaqlar evdə olarkən uzaq olduğu allergiya yaradan vasitələr, onları məktəbdə qarşılayacaq. Eyni zamanda bütün dünyaya yayılmış koronavirus, məktəblərdə də övladınıza yoluxa bilər.

Uşağınızın yaşadığı vəziyyətin koronavirus və ya allergiya olduğunu necə müəyyən edə bilərsiniz?

Pediatr Əli Məmmədov Bizimyol.info saytına açqlamasında bildirib ki, tədris ilinin ilk günlərində qribal infeksiyalar oyanır.

"Uşaqlar arasında allergik xəstəliklər çox yayılıb. Və bu gündən günə artır. Allergiyanın gücü insana görə dəyişir. İdarə edilə bilməyən allergiyalar həyat keyfiyyətini azaldır, bu vəziyyət isə uşağın təhsilinə də təsir edir. Alergiyası olan uşaqlarda asqırma, burun axıntısı, burun tıxanması, yorğunluq, baş ağrısı, gözlərin sulanması, qaşınma kimi əlamətlər müşahidə edilir. Bu əlamətlər onların yuxu keyfiyyətinə də təsir edir. Allergiyası olan uşaqlar əlini üzünə və gözünə vura bilər. Bunu etməkdən çəkinmələri üçün onlara xəbərdarlıq edin" - deyə həkim qeyd edib.

Həkimin sözlərinə görə, sinif otaqlarının havalandırılması vacibdir. Siniflər xlor tərkibi olmayan təmizləyicilərlə təmizlənməlidir: "Allergiyası olan uşaqların ağciyərləri və burunları həssas olur. Onlarda bəzi qoxulara qarşı həssas ola bilərlər. Xlor tərkibli təmizlik vasitələri, astma və allergiyası olan uşaqların mövcud xəstəliklərini alovlandırır".

Qeyd edək ki, allergiya əlamətləri ilə koronavirus əlamətləri bənzər olduğu üçün xəstəliyin ilk günlərində bu düzgün dəyərləndirilməyə bilər.

Xatırladaq ki, artıq qardaş Türkiyədə 12 yaşından yuxarı uşaqlara koronavirusa qarşı peyvənd vurulmağa başlanıb. Azərbaycanda isə 16 yaşından böyüklərin vaksinasiyası ilə bağlı qərar verilib.

İlahin, Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »