Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ miqrantları geri qaytarır
ABŞ miqrantları geri qaytarır

Qərb qlobal böhran dövründən istifadə edərək miqrant probleminin həllinə çalışır. Avropada Almaniya çox fəal görünür. Təkcə bu il 355 azərbaycanlı Avropa ölkəsindən vətəninə qaytarılıb. Almaniya həmin Azərbaycan vətəndaşlarına sığınacaq verməkdən imtina edib. Avropanın şimal ölkələri də miqrantlarla sağollaşır. Danimarka xeyli əcnəbini geri qaytarıb. Kopenhagen xüsusilə suriyalılara daha dözümlü yanaşmaq istəmir.

Bizimyol.info xəbər verir ki, ABŞ miqrantları geri qaytarır. Vaşinqton daha çox yaxın ölkələrdən gələnləri hədəf seçib. Meksikadan gəlmək istəyənlərin qarşısını maksimum almağa çalışırlar. İndi növbə haitililərə çatıb. ABŞ ölkəyə pənah gətirmiş Haiti vətəndaşlarını geri qaytarmağa başlayıb. Söhbət 10 mindən çox insandan gedir.

Haitililərin ən böyük axını 2021-ci ilin iyulunda dövlət başçısı Jovenel Moizin öldürülməsindən və böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra qeydə alınmışdı. Onların əksəri Texas ştatının Del-Rio şəhərinin sərhəd körpüsündə məskunlaşmışdı. ABŞ-ın dərinliklərinə qədər getmək çoxuna müəyəssər olmamışdı.

ABŞ haitililəri yola salmaq qərarına gəlib. Hərçənd, Haitidə vəziyyət sabitləşməyib. Əksinə, ölkəni tərk edənlərin sayı getdikcə artır. Çünki siyasi vəziyyət yaxşı deyil. Sosial durum bu müddətdə yalnız ağırlaşıb. Zəlzələ də öz işini görüb. Haitililər, əslindı, nicat yolunu daha çox ABŞ-a keçməkdə görürlər. Amma Vaşinqton oradan gələnlərə isti yanaşmır.

Hər il ABŞ-a orta hesabla 770 min əcnəbi qanunsuz yollarla daxil olur. Rəsmi statistika ölkədə qanunsuz məskunlaşanların sayının 13 milyona çatdığını deyir. Qeyri-rəsmi mənbələr isə 40 milyon miqrantdan danışır.

ABŞ-a üz tutanların 67 faizindən çoxu Asiyadan və Latın Amerikasından gəlir. Avropanın payına 22 faiz düşür.

ABŞ hakimiyyəti miqrant sayının bütün sərhədləri aşdığını düşünür. Hər il ölkədən deportasiya olunanların ümumi sayı 500 min nəfər civarında olur. Məsələn, 1990-cı ildə ABŞ-dan cəmi 30 min nəfər uzaqlaşdırılmışdı. Vaşinqton miqrant axınının qarşısını almaqda israrlıdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »