Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu il Ceyhan limanından 142 milyon bareldən çox BTC nefti nəql edilib
Bu il Ceyhan limanından 142 milyon bareldən çox BTC nefti nəql edilib

Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 142,338 milyon barel xam neft nəql edib.

“Report” xəbər verir ki, bu həcmdə xam neft 196 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 milyard 713,3 milyon barelə yaxın xam neft 4 855 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.

Son xəbərlər
Bütün xəbərlər »