Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa ABŞ və Avstraliyanı ittiham edib
Fransa ABŞ və Avstraliyanı ittiham edib

ABŞ heç vaxt yeni təhlükəsizlik ittifaqı yaratmaq təşəbbüsündən bəhs etməyib və Fransanın bu mövzuda verdiyi sualların heç birini cavablandırmayıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey Sarayından bildirilib.

Qeyd olunub ki, bu ilin iyununda Fransa Prezİdenti Emmanuel Makron Parisdə Avstraliya Baş naziri Skott Morrisonla görüşüb, lakin Baş nazir sualtı gəminin hazırlanması ilə bağlı müqavilənin ləğv olunacağı barədə heç bir məlumat verməyib: “İyun ayından etibarən bizim ciddi şübhələrimiz yaranan kimi, biz Hind-Sakit okean məsələsi və sualtı gəmilərin inşası ilə bağlı bütün səviyyələrdə məsələ qaldırmışıq”.

Xatırladaq ki, sentyabrın 15-də ABŞ, Avstraliya və Britaniya yeni təhlükəsizlik paktının (AUKUS) qəbul olunduğunu bəyan edib. Bununla da Avstraliya Fransa ilə sualtı gəmilərin hazırlanması ilə bağlı imzaladığı 50 milyard dollardan çox dəyəri olan layihədən çəkildiyini bildirib. Fransa bu paktı pisləyib və bunu “arxadan vurulan zərbə” adlandırıb.

Son xəbərlər
Bütün xəbərlər »