Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya

Sovet dövründən qalan bir çox əşyalara ciddi tələbat hiss olunur. Hətta SSRİ vaxtı dövriyyəyə buraxılmış bəzi qəpiklərin dəfələrlə çox dəyəri var. Bizimyol.info sovet dövründən qalma baha sata biləcəyimiz 12 əşyanı təqdim edir.

Antikvar saatlar – Vintaj aksesuarlar indi dəbdədir. Buna görə də nənələrdən, babalardan, sandıqda və ya çardaqda antikvar saat qalıb-qalmadığını soruşmaq lazımdır. Sovet dövründən qalma bəzi saatların qiyməti 600-700 dollara çatır. Hətta saatın sınması da qiymətə çox təsir göstərmir.

Vinil pleyer – Plastinkalarda musiqiyə qulaq asmaq indi də dəb sayılır. Müasir vinil pleyerlərin qiyməti 100 manat civarındadır. Sovet dövrünün patefonunu isə kolleksionerlərə azı üç dəfə baha sata bilərsiniz.

Kitablar – SSRİ-də kitabxanası olmaq dəbə minmişdi. 80-90 il əvvəl çap olunmuş kitabları tapmaq indi asan deyil. Bukinistlər də həmişə köməyə gələ bilmir. Bəzi köhnə kitabların qiyməti 100 dollara çata bilər.

Xrustal qab-qacaq – Sovet dövründə xrustal qablar evləri çox bəzəyirdi. İnsanlar həmin əşyalardan çox istifadə etməsə də, evdə olması vacib sayılırdı. İndi həmin servizləri əldə etmək üçün böyük məbləğlərdən keçmək lazımdır.

Farfor heykəlciklər – Yaşlı adamlar servantlara qoyulan kiçik heykəlləri unutmaz. Bu farfor əşyalar həm də yaxşı hədiyyə sayılırdı. İndi bəzən qiyməti 250 dolları ötür.

Vintaj fotoaparatlar – SSRİ-də tapmaq olmurdu. Smartfonlar və sosial şəbəkələr erasına gəlib çıxsaq da, həmin cihazlar dəyərini itirməyib.

Gümüşü qabyığanlar – Sovet dövrünün bütün qabyığanları qiymətli sayılmır. Gümüşü rəngdə olanlar, üzərində müəllifin möhürü, istehsal ili qeyd edilənlər baha satılır.

Farfor serviz – Bütün komplektin qiyməti 400 dollara çatır. Rəssamın imzası dəyəri bir az da artırır.

Yolka oyuncaqları – Meyvəyə oxşayan oyuncaqlar yenə populyarlıq qazanıb. Sovet vaxtında qalıbsa, ədədini 20-30 manata satmaq mümkündür.

Texnika – Sovet televizorlarını indi də alanlar var. Cihaz linzalıdırsa, xeyli bahalıdır. Amma adi köhnə model televozorlar da yaxşı qiymətə satılır.

Poçt markaları – Tək-tək qiymət yüksək görünməyə bilər. Albom şəklində 30-40 dollara satılır.

Gümüşü qab-qacaq – Naxışlardan, istehsalçıdan çox şey asılıdır. Xüsusi növlər var ki, dəsti lap 1000 manata da satıla bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »