Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı

İran yük maşınlarının Qarabağa yük daşımalarının qarşısının alınmasına SEPAH qüvvələri Arazın o tayında nizami təlim keçirməklə cavab verib.

Təlimlər Horadizin paralelində yerləşən Aslandüzdən İran Culfasınadək əraziləri əhatə edəcək.Bu arada Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb.

Amili xütbəsində Azərbaycana dəstək verən Türkiyə və Pakistanı da hədələyib, Bakıda keçirilən “Üç qardaş-2021” təlimlərini İranı təhdid etmək kimi dəyərləndirib: “Dövlətimizdən xahiş edirəm, əmr versin, SEPAH öz gücünü göstərsin”.

İlahiyyatçı-alim Elşad Miri Bizimyol.info saytına bildirib ki, Ərdəbilin İmamcüməsi əslində İranın yuxarı dini-siyasi dairələrində olan fikri həm ictimaiyyətə, həm də Azərbaycana “çatdırmağa” çalışır.

“Amili ilk dəfə deyil ki, Azərbaycan və Türkiyə haqqında xoşagəlməz sözlər deyir. Bu çıxışda açıq-aşkar Azərbaycana qarşı qərəzli münasibət özünü göstərir. Hər hansı mövzu düşəndə dərhal İran müdafiəçisinə çevrilən dindarlar, ruhanilər ağızlarını açıb bir söz dedilərmi? Çünki Azərbaycan hələ də öz din modelini müəyyənləşdirə bilməyib”,- deyə ilahiyyatçı vurğulayıb.

İlahiyyatçı-alim hesab edir ki, əgər QMİ susursa, barı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu cür hallara reaksiya verməlidir: “Barı bu komitənin rəhbərliyi ağzına su almasın! Bu gün Azərbaycanda ilahiyyat fakültələrində yetişdirilənlər də bu şəxslərin təsiri altındadır”.

Elşad Miri təklif edib ki, Azərbaycan qəti şəkildə Azərbaycandakı ruhani cameəsinin milliləşməsi istiqamətində addımlar atmalıdır: “Əslində, bunu çoxdan etmək lazım idi. Lakin hələ də gec deyil. Bu proses vaxt alacaq, amma hazırda baş verənlər də onu göstərir ki, Azərbaycan öz din modelini qurmasa, gələcəkdə böyük problemlərlə üzləşəcək”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »