Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video

Perm Dövlət Universitetinin səkkizinci binasına daxil olan şəxs atəş açmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçunu saxlayıb. Onun kimliyi məlim olub.

Silahlı basqın edən 18 yaşlı Timur Bekmansurovdur.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

Qeyd edilir ki, ilkin məlumatlara görə, 11 nəfər yaralanıb 8 nəfərin öldüb.

***

Rusiyanın Perm şəhərində universitetdə atışma olub.

Bizimyol.info xəbər verir ki, naməlum şəxs Perm Dövlət Universitetinin səkkizinci binasına daxil olaraq atəş açmağa başlayıb.

Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara görə, 10 -dan çox adam yaralanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, 5 nəfərin öldüyü bildirili.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »