Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın təxliyə təyyarəsinin qanadından düşən gəncin ailəsi: “Günahkar pilotlardır”
ABŞ-ın təxliyə təyyarəsinin qanadından düşən gəncin ailəsi: “Günahkar pilotlardır”

Taliban Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra ölkədən qaçmağa çalışan, lakin təyyarədən yıxılaraq ölənlərdən biri də 17 yaşlı Zeki Anverdir. O, Əfqanıstan Gənclər Milli Futbol Komandasının oyunçusu olub.

Bizimyol.info xəbər verir ki, 17 yaşlı gəncin ailəsi övladlarının ölümündə təyyarə pilotlarını günahkar bilirlər. Onların lazımi cəzalarını almalarını istədiklərini söyləyirlər.

"Bu hadisədəki əsas cinayət pilotlardır, təyyarə heç də maşın deyil, pilotlar görməyə bilməz, hər yerdə kameralar var.

Əldə etdiyimiz məlumata görə, təyyarənin qanadında 20 -dən çox adam var idi".

Bu fikirləri Zekinin qardaşı Nasser Enveri deyib. O, bildirib ki, ABŞ-dan təzminat, qan pulu və ya digər oxşar istəklər tələb etmirlər. Yalnız qardaşının qanının yerdə qalmamasını istəyirlər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »