Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Artıq mini sualtı gəmilərimiz də var
Artıq mini sualtı gəmilərimiz də var

Azərbaycan hərbi dəniz qüvvələrinin dəniz mühafizəsi arsenalını modernləşdirməkdə davam edir

Azərbaycan Dövlət Sərhəd Xidməti ABŞ-dan mini sualtı gəmilər alıb. İlk dəfə SBS taktiki təlimində istifadə olunan "Ocean Pearl" sualtı gəmisi 330 metr dərinlikdə fəaliyyət göstərə bilir. Amerikanın "SEAmagine Hydrospace" şirkəti tərəfindən istehsal olunan "Ocean Pearl" sualtı gəmisinin uzunluğu 4,57 metr, çəkisi 3200-5000 kq və 3 düyün sürətinə malikdir. "Double Ocean Pearl" uzaqdan idarə olunan mini-ROV sistemi ilə təchiz edilib. ROV qəza vəziyyətində, onu sualtı gəmidən ayıra bilən təcili evakuasiya cihazı ilə də təchiz olunub. ROV-un daha bir özəlliyi, özünü xilasetmə vəziyyətlərində istifadə üçün xüsusi bir kəsici alətə malik olmasıdır. İkinci üstünlük , ROV-un barmaqları ilə suda olan əşyaları tutmasına imkan verir.

Ümidvarıq ki, son vaxtlar hərbi dəniz qüvvələrimizin modern hərbi təchizatla təmin olunması prosesi davam elədikcə, bu, dənizdə hərbi gücümüzü daha da artıracaq və sahil sularımızın daha ayıq-sayıq və keyfiyyətli mühafizəsinə imkan yaradacaq. ABŞ-dan tədarük edilən mini-sualtı gəmilərin bu planda işimizə daha çox yarayacağına isə şübhə yeri qalmadı.

Hazırda Azərbaycanın HDQ-nin şəxsi heyətinin sayı 3,000 nəfər göstərilir. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir.

HDQ tərkibinə həmçinin Bakı ətrafındakı Zığ rayonunda yerləşən dəniz piyada taburu və xüsusi təyinatlı diversiya – kəşfiyyat mərkəzi daxildir.

Azərbaycan HDQ-nin ən nəhəng gəmisi 1040 tonluq 159A layihəli "Bakılı" keşikçi gəmisidir. Bundan başqa, HDQ-nin balansında qayıqəleyhinə artilleriya kateri, qayıqəleyhinə "Araz" kateri,raket kateri keşikçi gəmiləri, "sərhədçi" layihəli kater, 3 ədəd əsas tral , 2 ədəd reyd gəmiləri və s. daxildir.

Azərbaycan HDQ-nin yardımçı donanması 20-dən artıq müxtəlif gəmilərdən ibarətdir.

Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə briqadası da mövcuddur. Bu briqadaya ABŞ-ın Sərhəd Mühafizəsi 2001-ci ildə 4 patrul kateri bağışlayıb.

Bir müddət öncə Rusiya tərəfi hərbi sualtı gəmilərin siyahısını dəc edərkən Azərbaycanın 2 hərbi sualtı qayığının mövcud olduğunu qeyd etsə də, HDQ-dən bu məlumatı dəqiqləşdirmək istəyimiz baş tutmadı. Məlumata cavab verilmədi.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »