Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyalılar niyə siqaretin qadağan olunmasını istəyir
Britaniyalılar niyə siqaretin qadağan olunmasını istəyir

Britaniyalıların yarıdan çoxu siqaretin qadağan olunması ideyasını dəstəkləyir. Krallıqda tütün məmulatlarının satışının dərhal dayandırılmasını arzulayanların sayı getdikcə artır. Məsələ ölkədə xeyli müzakirə olunur. Dumanlı Albionun sakinlərinin birdən-birə belə qətiyyətli fikrə gəlməsi qəribə görünür.

Bizimyol.info xəbər verir ki, sorğu britaniyalıların 57 faizinin siqaretin qadağan olunmasını istədiyini ortaya çıxarıb. Fikri soruşulanların 38 faizi vaxt itirməyin mənasız olduğunu bildirir. Onlar uzağı iki il ərzində tütün məmulatları ilə vidalaşmağı düzgün sayır. Respondentlərin 19 faizi 2030-cı ilə qədər zaman verməyi məqbul hesab edir. Britaniyalıların 32 faizi qadağanı dəstəkləmir. Sorğuda iştirak edənlərin 11 faizi nəsə deməyə çətinlik çəkir.

Britaniyalılar elektron siqaretə yumşaq münasibət göstərir. Amma bu siqaret növünün də əleyhinə olanlar var. Respondentlərin 27 faizi elektron siqaretlərin ləğvini istəyir. Fikir bildirənlərin 36 faizi qadağanı doğru saymır.

Sorğuda iştirak edən britaniyalıların 12 faizi siqaret çəkir. Onların yalnız 9 faizi hər gün bu vərdişə əməl edir. Respondentlərin 31 faizi tüstü udmağı tərgidib. Fikrini deyənlərin böyük hissəsi (55 faiz) heç vaxt siqaretin dadına baxmayıb. Yalnız 2 faizin müəyyən təcrübəsi var.

Britaniyalıların 90 faizi inanır ki, siqaret çəkmək xərçəng xəstəliyi yaradır. Onsuz da bütün dünyada belə düşünənlərin sayı çoxdur. Britaniyalılar xüsusilə bu fikrin üzərində dayanır. Ona görə də Böyük Britaniyada siqaret çəkənlərin sayı sürətlə azalır. Xərçəng Avropa ölkəsində də çox yayılıb. Bunun qarşısını almağın əsas yollarından biri kimi tütün məmulatlarına qarşı müharibə açmaq görülür.

Sorğuya qoşulanların yalnız 4 faizi xərçəng ehtimalını yaxına buraxmır. Onların fikrincə, siqaret birbaşa xəstəliyin yaradıcısı ola bilməz. Amma ümumi zərər barədə çoxunun fikri üst-üstə düşür.

Sorğuda yetkinlik yaşın çatmış 1.7 milyon britaniyalı iştirak edib. Yəni ölkə əhalisinin əhəmiyyətli hissəsi məsələyə münasibət bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »