Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Exit poll: "Vahid Rusiya Partiyası parlament seçkilərində 45,2 % səs toplayıb"
Exit poll: "Vahid Rusiya Partiyası parlament seçkilərində 45,2 % səs toplayıb"

Vahid Rusiya Partiyası Dövlət Dumasına bu gün keçirilən seçkilərdə partiya siyahısı üzrə seçicilərin 45,2 % səsini yığıb, həmçinin zəruri olan 5 %-lik keçid baryerini aşaraq, parlamentdə təmsil olunan digər siyasi təşkilatları - Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və "Ədalətli Rusiya"nı üstələyib.

“Report” xəbər verir ki, bu, İNSOMAR şirkəti tərəfindən seçicilər arasında keçirilmiş sorğunun - “exit poll”un nəticələrində yer alıb.

Məlumata görə, "Vahid Rusiya" 45,2 %, Rusiya Federasiyası Kommunist Partiyası – 21 %, Rusiya Liberal Demokrat Partiyası - 8,7 %, "Ədalətli Rusiya" - 7,9 % səs toplayıb. Qeyri-parlament partiyalarından ən yaxşı nəticəni 4,7 % səslə "Yeni insanlar" Partiyası göstərib.

Qeyd edək ki, VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red) başa çatıb. İlkin rəsmi nəticələrə əsasən, səsvermələrdə Vahid Rusiya Partiyası lider olub.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 45 %-i ötüb.

Bu günlərdə Rusiyada həm də bələdiyyə seçkiləri keçirilib.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »