Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin Baş katibi çağırış etdi
BMT-nin Baş katibi çağırış etdi

“ABŞ və Çin arasında kəskinləşən fikir ayrılığı dünya üçün təhlükəlidir. Onları yeni “soyuq müharibə”dən qaçmağa çağırırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş CNN-ə müsahibəsində deyib.

“Hesab edirəm ki, biz tam qarşıdurmada olan iki ölkəyə tərəf irəliləyirik və yaranan vəziyyət dünya üçün təhlükəlidir”, - deyə BMT-nin baş katibi bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının ikiləşməsi və münaqişə edən hərbi doktrinaların meydana gəlməsi ehtimalından tutmuş, süni intellektin inkişafının müxtəlif strategiyalarına qədər çoxlu risklər var.

“Mən hesab edirəm ki, yeni “soyuq müharibə”dən qaçmaq lazımdır, çünki köhnə “soyuq müharibə”ni idarə etmək asan idi. İndi hər şey mürəkkəbdir”, - deyə Quterreş əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »