Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa-İsveçrə münasibətlərində problem yaranıb
Fransa-İsveçrə münasibətlərində problem yaranıb

Fransa Prezidenti Emmanuel Makron noyabr ayında İsveçrəyə planlaşdırılan səfərini ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə “Le Matin Dimanche” və “Sonntags Zeitung” nəşrləri məlumat yayıb.

E. Makronun belə qərar verməsinin səbəbi İsveçrənin Fransadan dəyəri 6 milyard dollardan çox olacaq “Rafale”

tipli qırıcı təyyarələr almaqdan imtina etməsidir.

E. Makronun İsveçrə Prezidenti Qi Parmelan ilə görüşü üçün planlaşdırılan bu səfərə 6 ay hazırlıq görülüb. Ancaq İsveçrənin ordusu üçün Fransadan “Rafale” tipli qırıcı təyyarələr deyil, ABŞ-dan “F-35” qırıcı təyyarələri almağa qərar verməsindən sonra səfər ləğv olunub.

Son xəbərlər
Bütün xəbərlər »