Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən vacibdir” - İran XİN
“Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən vacibdir” - İran XİN

"İran üçün qonşu ölkələrin ərazi bütövlüyü bütün hər şeydən vacibdir."

"Bizimyol.info" Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadənin bəyanatında deyilir.

Onun sözlərinə görə, regional əməkdaşlıq sülhün və sabitliyin əsasını təşkil edir. "Mövcud proseslər kollektiv əməkdaşlığa çevrilməlidir və bu yeganə çıxış yoludur", - o vurğulayıb.

Xatibzadə qeyd edib ki, İran üçün qonşu ölkələrin inkişafı çox vacibdir. "Bütün qonşular başa düşməlidir ki, bölgədə inkişafa, sülhə və sabitliyə yalnız kollektiv əməkdaşlıqla nail oluna bilər", - o əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »