Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər: "Mutasiya olunmuş koronavirus ikiqat təhlükəlidir"
Alimlər: "Mutasiya olunmuş koronavirus ikiqat təhlükəlidir"

ABŞ-ın Merilend Universitetinin alimləri mutasiyaya uğramış koronavirusun hava yolu ilə daha yaxşı ötürüldüyü qənaətinə gəliblər.

Bu barədə "Clinical Infectious Diseases" nəşri məlumat yayıb.

Nəşrə görə, alimlər bu məqsədlə müxtəlif SARS-CoV-2 ilə 49 yoluxma halı üzərində müşahidə aparıblar. Bütün xəstələrdə xəstəlik asimptomatik və ya yüngül simptomlarla keçib. Delta və alfa ştamına yoluxan insanlarda isə bunun əksini görüblər.

"Deltanın alfadan daha yoluxucu olduğunu bilirik. Araşdırmamız yeni infeksiyaların hava yolu ilə ötürülməsi üçün əlavə sübutlar verir", - tədqiqatçılar bildirib.

Hava monitorinqi sayəsində mütəxəssislər tibbi maskaların virusun yayılma riskini 50% azaltdığını da təsdiqləyiblər. Buna görə də yoluxmamaq üçün nəinki peyvənd olunmaq, həm də fərdi qoruyucu vasitələrdən istifadə etməyə davam etmək, həmçinin otaqları havalandırmaq lazımdır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 4 SARS-CoV-2 mutasiyasını təhlükə dərəcəsinə görə bu cür sadalayıb: alfa (Böyük Britaniya), beta (Cənubi Afrika), qamma (Braziliya) və delta ştamları.

İlk dəfə Hindistanda tapılan delta ştamı son aylarda Rusiya da daxil olmaqla əksər ölkələrdə dominantlıq edir.(report)

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› FHN Abşeronda ev əşyalarını balkondan atan qadınla bağlı məlumat yayıb
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
Son xəbərlər
Bütün xəbərlər »