Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada hökumətin qərarlarına etirazlar davam edir - Video
Fransada hökumətin qərarlarına etirazlar davam edir - Video

Bu gün Parisin Trocadero meydanında etiraz aksiyası keçirilib.

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, nümayişdə minlərlə insan iştirak edib.

Nümaişçilərin əllərində Fransa hakimiyyətini pandemiya ilə əlaqədar qüvvədə olan məhdudiyyətləri ləğv etməyə çağıran plakatlar olub.

Nümayiş Vətənpərvərlər Partiyasının lideri və 2022 -ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizəd olacağı gözlənilən Florian Filipponun çağırışı ilə təşkil edilib.

"Harada yaşamağınızdan asılı olmayaraq bu gün meydanlara çıxın. Düşünmürəm ki, ölkəni belə bir vəziyyətdə gələcək nəsillərə ötürməyə haqqımız var. Hüquqlarımız uğrunda mübarizə aparmaq məcburiyyətindəyik" - deyə siyasətçi tərəfdarlarına müraciət etdi.

Nümayiş ərəfəsində polis prefekturası insanların sıx olduğu yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr etdi. Əraziyə cəlb olunan əlavə polis qüvvələri Eyfel qülləsinin yaxınlığındakı Yelisey meydanında cəmləşdirilib.

Bu saatlarda Parisin 17-ci rayonunda "sarı jiletlilər" hərəkatının çağırışı ilə daha bir nümayiş baş keçirilir. Ümumilikdə, Fransa səlahiyyətlilərinə görə, bu gün ölkədə təxminən 180 nümayişin keçirilməsi planlaşdırılıb. Nümayişlərin Toulouse, Nancy, Bordo, Nantes, Montpellier, Lyon və digər böyük şəhərlərdə olacağı gözlənilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən həftə Fransada təxminən 120 min adam etiraz yürüşləri keçirdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları 70-i paytaxtda olmaqla 76 nəfəri saxlayıb. Aksiyalar zamanı 3 polis əməkdaşı yaralanıb.

Son xəbərlər
Bütün xəbərlər »