Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşada Milli Musiqi Günü keçirilib
Şuşada Milli Musiqi Günü keçirilib

Şuşa şəhərində Milli Musiqi günü keçirilib.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Üzeyir Hacıbəylinin heykəlinin ucaldığı parkda baş tutan tədbirdə Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblının Xalq Çalğı Alətləri Orkestri ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və digər bəstəkarların ifaları səsləndirilib.

Xalq artisti Mənsur İbrahimov, əməkdar artistlər Qoçaq Əsgərov, Anar Şuşalı, Nərgiz Kərimova, Arzu Əliyeva və digər ifaçılar milli musiqi sənətimizin əsrarəngiz nümunələrini təqdim ediblər.

Konsert proqramı "Qarabağ şikəstəsi" ilə başa çatıb.

Son xəbərlər
Bütün xəbərlər »