Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər

Livanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Beyrutda keçirdiyi mətbuat konfransında bu ölkədə səhiyyənin acınacaqlı vəziyyətdə olduğunu, xüsusən maliyyə və iqtisadi böhran səbəbindən həkimlərin xarici ölkələrə emiqrasiya etdiyini bəyan edib.

Bizimyol.info xəbər verir ki, o əlavə edib ki, ÜST bir ildən artıq müddətdə dərin böhran keçirən bu sektorun dirçəldilməsi məqsədilə tədbirlər planı hazırlayıb, Livana dərman preparatları və tibbi ləvazimat, habelə həkim briqadaları göndərməyi nəzərdə tutur.

ÜST-nin rəhbəri suriyalı qaçqınlar da daxil olmaqla 6 milyona yaxın əhalisi olan Livanda sosial-iqtisadi böhran və COVID-19 pandemiyası ilə bağlı ağır vəziyyət yarandığını diqqətə çatdırıb. O bildirib ki, təşkilatın bir il əvvəl Beyrut limanında baş vermiş partlayış nəticəsində dağılmış dərman preparatları anbarı da donorların yardımı ilə bərpa ediləcək.

Beyrutda hospitalları ziyarət edən Gebreyesus deyib ki, onların əksəriyyətində dərman preparatları və zəruri tibbi ləvazimat yoxdur və xəstələr müalicə olunmur. “Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər. Bu, dəhşətli faktdır. Bu cür ağır vəziyyətin fəsadları uzun illər hiss ediləcək”, - deyə ÜST-nin rəhbəri həyəcan təbili çalıb.

Son xəbərlər
Bütün xəbərlər »