Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərhad Bədəlbəyli: “Heç bir müsəlman ölkəsində belə bəstəkarlar, belə musiqi mədəniyyəti yoxdur”
Fərhad Bədəlbəyli: “Heç bir müsəlman ölkəsində belə bəstəkarlar, belə musiqi mədəniyyəti yoxdur”

“100 il böyük bir rəqəm, böyük bir tarixdir, Üzeyir Hacıbəyovun Qara Şarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Soltan Hacıbəyov kimi tələbələri olub”.

APA-nın məlumatına görə, bunu Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalında Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib.

F.Bədəlbəyli deyib ki, heç bir müsəlman ölkəsində belə bəstəkarlar, belə musiqi mədəniyyəti yoxdur: “Biz bu sərvəti mütləq saxlamalı, inkişaf etdirməliyik. Mən inanıram ki, yeni əsərlər olacaq”.

F.Bədəlbəyli qeyd edib ki, Şuşa indi azaddır: “Şuşaya həsr olunan musiqi əsərləri, teatr tamaşaları, filmlər mütləq olacaq. Bayramınızı təbrik edirəm. Şuşada görüşərik! Artıq bu, həqiqətdir. İnşaallah, bütün festivallar, musiqi bayramları, müsabiqələri, muğam müsabiqəsi əlbəttə, Şuşada keçiriləcək”.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »