Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"COVID-19"la mübarizə edən tibb işçilərinə abidə qoyulub - Video
"COVID-19"la mübarizə edən tibb işçilərinə abidə qoyulub - Video

Moskvada "Sechenov" universitetinin tibb tarixi muzeyinin yanında koronavirus pandemiyası ilə mübarizə aparan həkimlərə abidə açıldı.

Bizimyol.info "RİA Novosti"yə istinadən bildirir ki, abidə heykəltəraşlıq üslubunda hazırlanıb.

Abidənin ön hissədə "COVID-19"la mübarizə edən tibb işçilərinin şücaəti" adlı xüsusi bir yazı var. Bürüncdən hazırlanmış heykəltəraşlıq kompozisiyası müxtəlif ixtisaslı həkimlərinin qəhrəmanlığından bəhs edir: tibb bacısı, reanimasiya həkimi və tibb tədqiqatçısı, antiviral peyvəndin yaradıcısı.

Həkimlərin arxasında meridianlar və Rusiyanın xəritəsi olan Yer planetidir. Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşkonun təşəbbüsü ilə qoyulan abidənin müəllifi Rusiya Rəssamlıq Akademiyasının akademiki, Xalq rəssamı Salavat Şerbakovdur.

Son xəbərlər
Bütün xəbərlər »