Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik alverçiləri saxlanılıb
Narkotik alverçiləri saxlanılıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhmədalılar kənd sakini Vadim Səmədov və Aşağı Kürdmahmudlu kənd sakini Mircəfər Rüstəmov saxlanılıb.

V.Səmədovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman sellofan torbada və kağız bükümlərdə qablaşdırılmış marixuana, M.Rüstəmovun üzərindən isə kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb. Onların narkotik vasitə olan marixuananı satış məqsədilə əldə etdiyi müəyyən olunub.

Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »