Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanın KTMT-yə sədrliyi bu təşkilatı Azərbaycana qarşı çevirməyə kömək etməyəcək”
“Ermənistanın KTMT-yə sədrliyi bu təşkilatı Azərbaycana qarşı çevirməyə kömək etməyəcək”

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının (CSC) iclası keçirilibTədbirdə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak etmişlər. və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon. Görüşdə KTMT baş katibi Stanislav Zas iştirak edib.

2021-2022-ci illərdə KTMT-yə sədrliyin Ermənistan Respublikasına keçdiyini nəzərə alaraq, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin həyata keçiriləcək prioritetlərini təqdim edib.

KTMT baş katibi Stanislav Zas mətbuata bildirib: “Təəssüf ki, qlobal və regional təhlükəsizlik sahəsində heç bir müsbət dəyişiklik görmürük. Praktiki olaraq KTMT üzv ölkələrinin sərhədlərinin bütün perimetri boyunca vəziyyət gərgin olaraq qalır.

Bu gün dövlət başçılarının müzakirə etdiyi əsas məsələlərdən biri ABŞ qoşunlarının və NATO hərbi kontingentinin oradan çıxarılmasından sonra kəskin şəkildə dəyişən Əfqanıstandakı vəziyyət idi”.

KTMT-nin qəbul etdiyi yekun bəyannamadə strateji tərəfdaşlığı inkişaf etdirmək, Əfqanıstanla sərhədlərdə təhlükəsizliyi artırmaq, terrorla mübarizədə birgə əməkdaşlıq kimi məsələlər əksini tapıb. Bizimyol.info saytı xatırladır ki, bundan əvvəl Ermənistan tərəfi dəfələrlə iclasın gündəliyinə Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələnin də salınmasına çalışmış, məqsədinə nail olmamışdı. Hətta iclasa bir gün gec gələn Ermənistan XİN başçısı Ararat Mirzoyanın İrəvanda Avropa diplomatları ilə görüşünü, rəsmi İrəvanın “KTMT-yə xarakter nümayişi” kimi şərh edənlər də oldu.

Hərbi ekspert Mehman Qarayev Bizimyol.info saytına bildirib ki, Ermənistanın KTMT-yə növbəti bir ildə sədrlik etməsi belə, bu təşkilatın hazırda Əfqanıstanla bağlı olan gündəminə ciddi təsir edə bilməyəcək.

“Ermənistan dəfələrlə Azərbaycanla münasibətlərini KTMT-nin gündəminə çıxarmağa çalışıb, hətta 44 günlük müharibə zamanı da “Azərbaycan Ermənistana hücum edir” kimi iddialarla çıxış edib. Paşinyanın KTMT rəhbərliyinə və Rusiya prezidentinə bu barədə müraciətləri də olmuşdu. Və ona cavab verilmişdi ki, Rusiya Ermənistanın ərazi bütövlüyünə təhdid olduğu zaman müvafiq tədbir görəcək. Putin özü də bəyan etmişdi ki, Azərbaycan Ermənistanla öz ərazisində döyüşür. Yəni, KTMT bu istiqamətdə “özünü yormağı” lazım bilməyib. Həmçinin, nəzərə alsaq ki, KTMT-nin digər üzvlərilə ​ isti münasibətlər saxlayır, bu ölkələr Azərbaycana qarşı hansısa sərt mövqedə durmaq, habelə, hər zaman Azərbaycanı dəstəkləyən Türkiyə ​ və Pakistan ilə də münasibətləri korlamaq istəməzlər. Orta Asiya ölkələri üçün Azərbaycan, Türkiyə və Pakistan önəmli tərəfdaşlardır”, - deyə ekspert bildirib.

O qeyd edib ki, KTMT vaxtilə mövcud olan “Varşava Müqaviləsi Təşkilatı”nın varisi kimi çıxış edir: “Lakin bu təşkilatın əvvəlki gücü yoxdur. Və müasir ordu quruculuğu baxımından da, KTMT sistemi NATO sistemindən geri qalır. Azərbaycan hazırda NATO-yönümlü ordu islahatları keçirir və ordusunu tam müasirləşdirməkdədir. Lakin biz KTMT ilə də normal münasibətlər saxlayırıq və regionda müstəqil xətt yürüdürük”.

M.Qarayevin sözlərinə görə, hələ uzun müddət KTMT-nin gündəmi Əfqanıstan olacaq: “Ermənistan və bu ölkənin qonşularına qarşı ittihamları KTMT üçün gündəm məsələsi deyil. Ermənistan tərəfinin heç bir səylərinə baxmayaraq, hazırda KTMT-nin nəzərləri Tacikistan-Əfqanıstan sərhədlərinə yönəlib və “Taliban” tərəfindən region ölkələrinə qarşı olacaq təhdidlər analiz edilir, bölgənin təhlükəsizliyi üçün tədbirlər nəzərdən keçirilir. Ermənistanın KTMT-yə sədrliyi bu təşkilatı Azərbaycana qarşı çevirməyə kömək etməyəcək”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »