Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağın dirçəlişində sənin də töhfən olsun!
Qarabağın dirçəlişində sənin də töhfən olsun!

Azercell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradıldı

"Azercell Telekom" MMC Qarabağın dirçəliş prosesində iştirak edib, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görüləcək tədbirlərə dəstək olmaq istəyən abunəçilərinə Qarabağ Dirçəliş Fonduna ianə etmək üçün xüsusi imkan yaradıb. Sadəcə bir SMS-lə Qarabağda bütün sahələrdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması üçün Fonda ianə etmək mümkündür.

Abunəçilər mobil telefondan 8112 qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazıb  SMS göndərməklə öz balanslarından 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN məbləğində ianə edə bilərlər.

SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur!

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi istiqamətində fəaliyyət göstərir. (https://qdf.gov.az)

“Azercell Telekom” MMC abunəçiləri üçün bu imkanı yaratmaqla hər kəsi Qarabağda aparılan quruculuq işlərini dəstəkləməyə, bu mühüm missiyanın bir parçasına çevrilməyə çağırır.

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »