Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi Rusiya və Belarusla sərhədlərini möhkəmləndirir
Avropa ölkəsi Rusiya və Belarusla sərhədlərini möhkəmləndirir

Polşa Rusiyanın və Belarusun “Qərb-21” müştərək hərbi təlimlərindən çox narahatdır. Varşava slavyan ölkələrinin xoş niyyət güdmədiyini düşünür. Polşa baş verənləri dövlətin ərazi bütövlüyünə təhlükə kimi qiymətləndirir.

Bizimyol.info xəbər verir ki, Polşa Rusiya və Belarusla sərhədləri möhkəmləndirməyə başlayıb. Həmin istiqamətlərə qoşun yönəldilib. Polşanın Müdafiə naziri Mariuş Blaşak buna məcbur olduqlarını bildirib.

“Ən əsası Polşanın və polşalıların təhlükəsizliyidir. Buna görə də qoşunların yerdəyişməsi baş verib”.

“Qərb-21” təlimlərində 200 minə qədər hərbçi iştirak edib. Burada müasir hərbi texnikadan istifadə olunub. Rəsmi açıqlamada təlimlərin gələcəkdə Rusiya ilə Belarusun nə dərəcədə müştərək addımlar ata bilməsinə əminlik yaranması və ümumi hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi üçün təşkil edildiyi bildirilib.

Polşaya yaxın ərazidə manevrləri NATO diqqətlə izləyib. Alyans baş verənlərin yaxşı niyyətə xidmət etmədiyinə əmindir. Polşa ilə yanaşı, Baltikyanı ölkələr də narahat görünür. Hesab olunur ki, Rusiya istənilən an hücum edə bilər.

Polşanın 7 ölkə ilə quru sərhədləri var. Rusiya ilə Kalininqrad istiqamətindən qonşuluq yaranıb. Bu ölkələr arasındakı ümumi sərhəd 210 kilometrə çatır. Belarusla Polşanın sərhədləri daha uzundur (418 km).

Polşanı ən çox Çexiya ilə sərhəd xətti birləşdirir (796 km). Ölkənin bundan başqa, Slovakiya, Ukrayna, Almaniya və Litva ilə torpaq təması var.

Rusiyanın mümkün hücumuna görə Baltikyanı ölkələr də az narahat deyil. Litva, Latviya, Estoniya hesab edir ki, Kreml Avropadan acığını bu əraziyə həmlə ilə çıxa bilər. Estoniya Rusiya ilə daha çox problemlər yaşayır. Çünki Tallinin Moskvaya qarşı torpaq iddiası var. Baltikyanı ölkə 1920-ci ildə imzalanmış Tartu müqaviləsinə əməl olunmasını istəyir. Rusiya həmin sazişlə razılaşmır. Kreml hesab edir ki, Estoniyanın 1949-cu ildə SSRİ-nin tərkibinə keçməsi Tartu müqaviləsinin üzərindən xətt çəkir. Tallin məsələni belə qoymaq fikrində deyil.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »