Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sosial şəbəkələrin zərərli olması fikri də tam olaraq düzgün deyil"
"Sosial şəbəkələrin zərərli olması fikri də tam olaraq düzgün deyil"

"Facebook" və "Instagram"-ın gənclərə mənfi təsir etdiyinə dair əhəmiyyətli bir araşdırmanın gizlədildiyi məlum olub. Wall Street Journal qəzetinin xəbərinə görə, "Instagram" narahatlıq və depresiyaya səbəb olur. Xüsusilə, bu sosial şəbəkə gənc qızların isə bədən qavrayışına mənfi təsir göstərir.

Sosial şəbəkələr həyatımızın bir parçasına çevrilsə də, zərərləri haqqında fikirlər hər zaman olacaq. Bu fikirlər sassız olaraq ortaya çxmır. Belə ki, sosial şəbəkələrin zərərləri və gənclər üzərindəki təsiri uzun illərdir araşdırılır. Bu araşdırmalar sadəcə jurnalistlərin, akademiklərin araşdırmaları ilə bitmir. Sosial şəbəkə şirkətləri öz daxilində müxtəlif araşdırmalar aparır.

"Facebook"-un sahibi olduğu "lnstagram"-ın şirkət daxilində apardığı bir araşdırma, həqiqətləri və təhlükələri üzə çıxarıb. "Instagram"-ın bu araşdırmanı gizlətməsi sosial sosial şəbəkələr mövzusunda bizi təkrar düşünməyə məcbur edir. 2019-cu ilə aparılan və gizlədilən araşdırmanın təqdimatında; "Hər üç gənc qızdan birinin mənfi bədən qavrayışını (hər üç qızdan biri bədənini bəyənmir, sosial şəbəkə onların bu qavrayışını bir qədər də dərinləşdirir)daha da pisləşdirib və pozuruq" - ifadələri yer alıb. Eyni zamanda ABŞ-da gənclərin 6 faizinin, Böyük Britaniyada isə 13 faizinin "lnstagram" səbəbindən özlərini öldürmə istəmələri müəyyən edilib. Daha sonra yayımlanan bir bloq yazısında qeyd edilir ki, "Zülümkarlıq, intihar, özünə zərər vermə və digər zərərli təsirlər kimi mövzularda "lnstagram"-ı hamı üçün təhlükəsiz yerə çevirmək üçün tədbirlər görmüşük. Apardığımız araşdırmalar və mütəxəssislərdən aldığımız məlumatlarla birlikdə insanların özlərini zülümkarlıqdan qoruya biləcəkləri yeniliklər etdik. Hamıya "bəyənmə" sayını gizlədə bilmə seçimi verdik və yerli dəstək qurumları ilə insanlarla ünsiyyətdə olmağı davam etdirdik" - fikrilərinə yer verilib.

"lnstagram" belə bir araşdırmanı cəmiyyətə açıqlamadığı üçün tənqid hədəfinədir. ABŞ-lı senatorlar cinayət işi açılması üçün çağırış ediblər.

"Bu gün sosial şəbəkələr, hamımızın həyatının bir parçasına çevrilib. Bu bəladan canımızı qurtarmağa çalışsaq da, alınmır". Bu barədə Bizimyol.info saytına danışan psixoloq Rəvanə Əliyeva deyir ki, sosial şəbəkələrin əsas mənfi cəhəti asılılıq yaratmasıdır. Sosial şəbəkə asıllğı insanın işini, gücünü, ailəsini və hətta qidalanmasına belə təsir edən bir haldır. Sosial şəbəkə asılılığı xəstəlik kimi qəbul edilməsə də, illər sonra bu halın xəstəlik halını almayacağına kimsə zəmanət verə bilməz.

"Öncə onu qeyd edək ki, "sosial şəbəkələr zərərlidir" fikri də tam olaraq düzgün bir fikir deyil. Sosial şəbəkələr, özünüzü aid hiss edəcəyiniz bir yer tapa biləcəyiniz platformadır. Hər düşüncədən insana açıq olan bu platformalar, özünüzü qəbul etdirə biləcəyiniz bir əhatə dairəsi yaradır. Ailə və dost qruplarından gələn bəyənmələr, qəbul edilmə hissi yaradır. Eyni zamanda insanlar, burada özlərinə kimisə nümunə olaraq da görə bilirlər. Yalnızlıq hissini azaldan sosial şəbəkələr xoşbəxtlik hissi verir".

Psixoloq qeyd edir ki, sosial şəbəkələr insanlara yarım olduqlarını da hiss etdirir. Bəzən insanlar tərəfindən qəbul edilməyi arzulayan şəxslər, qəbul edilmədikləri zaman yarım olduqlarını hiss edirlər:

"Bu, daha çox psixoloji problemləri olan, yarımçıq ailələrin uşaqlarında, təhsili tam olmayanlarda və işsiz gənclərdə özünü biruzə edir. Kiməsə bənzəmək, özünü təsdiq etmək kimi arzular baş qaldırır və bunu bacarmadıqda isə gənclər psixoloji narahatlıqlar keçirir və depresiyaya düşürlər".

Ekspert bildirib ki, mütəmadi olaraq "olanları görə bilməmək" hissi istifadəçilərdə narahatlıq yaradır.

"Yuxusuzluq, hərəkətsizlik, informasiya çoxluğu insanlaırn psixologiyasına mənfi təsir edir. Sosial şəbəkələr həm də məlumat kirliliyinə səbəb olur. Belə ki, paylaşılan hər məlumata inanan şəbəkə istifadəçisi məlumat kirliliyinin davam etməsində vasitəçi olur. Bunun qarşısını almaq üçün isə, paylaşım etməzdən öncə məlumatları araşdırmaq lazımdır" - deyə o, bildirib.

Psixoloqun fikrincə, həyatı qaydasında olmayan şəxslər daha çox sosial şəbəkələrə üstünlük verir. Şəbəkələrdən uzaq olmaq üçün insanlar şəxsi həyatlarını qaydaya salmağa çalışmalıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »