Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ağ Ev təhdid etməməyi öyrənməlidir”
“Ağ Ev təhdid etməməyi öyrənməlidir”

İran Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Şanxay Əməkdaşlıq Təşkilatı sammitinə qatılmaq üçün getdiyi Tacikistanda Çin Xarici İşlər naziri Van Yi ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, İranın Xarici İşlər naziri çıxışı zamanı bildirib ki, Çin ilə əlaqələrimizi iki ölkə arasında imzalanan 25 illik müqavilə çərçivəsində qorumaq istəyirik.

Abdullahiyan, nüvə anlaşması ilə əlaqədar İrana verdiyi dəstəyə görə Çinə öz təşəkkürlərini və ABŞ -ın nüvə anlaşmasını pozan tərəf olduğunu bildirib.

“Nüvə anlaşmasını pozan tərəf ABŞ -ın özüdür. Ağ Ev İranı təhdid etməməyi öyrənməlidir",-deyə Abdullahiyan əlavə edib.

Çinin Xarici İşlər naziri Van Yi isə beynəlxalq aləmdə İranla əməkdaşlığı artırmaq və İranın Şanxay Əməkdaşlıq Təşkilatında iştirakını dəstəkləmək istədiklərini bəyan edib.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu olan İran, üzv olmaq üçün dəfələrlə müraciət edib.

Leyla, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
Son xəbərlər
Bütün xəbərlər »