Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Apple”ın yeni “iPhone'”ları bəyənilmədi
“Apple”ın yeni “iPhone'”ları bəyənilmədi

Dünyadakı 1 milyarddan çox iPhone həvəskarı üçün Apple Inc -in ən yeni smartfon seriyasının satışa çıxarılması ilin ən böyük yeniliklərindən olub.

Bizimyol.info xəbər verir ki, şirkət, çərşənbə axşamı daha sürətli bir prosessor, daha yaxşı kamera, uzun batareya ömrü olan və bəzi kiçik inkişaflarla “iPhone 13”ü təqdim edib. Bu telefonun digərlərindən fərqi daha keyfiyyətli video qeyd, daha tez-tez yenilənən, daha hamar bir sürüşmə ekranı və daha geniş yaddaşa sahib olmasıdır.

Ancaq yeni cihaz heç də hər kəs tərəfindən bəyənilməyib. “İPhone 13”ün tənqidçiləri arasında Bloomberg texnologiya redaktoru Tae Kimdə var. O, bildirib ki, əgər “İphone 12” istifadə edirsinizsə, heç bir dəyişikliyə ehtiyac yoxdur.

“Dizayn baxımından 2020-ci il telefonlarına bənzəyir. “iPhone 12” sahiblərinin telefonlarını “iPhone 13” ilə əvəz etmələrinə ehtiyac yoxdur. Çünki lazım olan yeniliklər “İphone 13”də yoxdur”,-deyə bildirib.

Xarici mətbuatda yer alan məlumatlara görə, Apple-ın yeni nəsil smartfonlarına əvvəlki maraq göstərilmir.

1000 amerikalı arasında aparılan sorğuya görə, respondentlərin yalnız 6 faizi “iPhone 13”ü bu payız və qışda almağı planlaşdırdıqlarını söyləyiblər. 2020 -ci ildə bu faiz daha yüksək idi.

Leyla, Bizimyol.info

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »