Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici diplomların tanınması qaydalarına dəyişiklik edilir
Xarici diplomların tanınması qaydalarına dəyişiklik edilir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib".

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

TKTA sədri bildirib ki, yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək: "Yeni layihədə qismən tanınma anlayışı olacaq. Məsələn, tələbə Rusiyada təhsil alıb və həmin fakültədə norma 240, bizdə isə 340 kreditdir. Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək.

Həmin şəxsə şərait yaradılacaq ki, kreditini Azərbaycan standartlarına uyğunlaşdıra bilsin. Bundan sonra həmin şəxsin əmək bazarına çıxışına imkan veriləcək və ona sertifikat təqdim olunacaq".(report)

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »