Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik

Bir çoxlarına bu missiya dəlilik kimi görünə bilər, lakin alimlər sonunda istədiklərinə nail olacaqlarına inanırlar.

Amerikalı genetiklər və bioloqlar mamontları həyata qaytarmağa çalışılar. Dinozavrların yaradılmasından bəhs edən “Yur dövrünün parkı” filmi reallaşırmı?..

“The New York Times” yazır ki, bir neçə gün öncə alimlər və bir qrup sahibkar tüklü mamontların yenidən yaradılması ilə məşğul olacaq şirkətin yaradıldığını elan ediblər. “Kolossal” adı verilmiş bu şirkətin yaradılmasında məqsəd Sibirdə, Tundrada minlərlə mamont yerləşdirməkdir. Məlumdur ki, buzlaqlar altından tapılmış mamontların genlerində həyat var və alimlər bu genlərdən istifadə edərək 1000 il öncə yaşamış əzəmətli heyvanların klonlarını yaratmaq barədə düşünürlər.

İlkin maliyyə olaraq 15 milyon dollar almış şirkət laboratoriyada araşdırmalar aparmağa kömək edəcək. Həmçinin Boston və Dallasdakı iki mərkəzdə də tədqiqatlar aparılacaq. Alimlər bir neçə il sonra mamontabənzər fillərin embrionlarını əldə etməyə və yeni populyasiyanın əsasını qoymağa ümid edirlər. Bir çox alimlər şirkətin bu ideyasını humanist hesab etmədiklərini bildiriblər.

“Əgər mamonta bənzər fillər yaradılsa belə, onlar etik xarakterli problemlərlə qarşılaşacaqlar. Biologiyası barədə çox az bildiyimiz heyvanlar yaratmaq bizə lazımdırmı? Tundranı mamontlarla məskunlaşdırmaq, onlara azadlıq vermək hansı nəticələrə gətirib çıxaracaq?”- deyə alimlər sual ediblər.

“Kolossal” şirkətinin yaradılması ideyası 2013-cü ildə ortaya atılmışdı. Doktor Çörç daşlaşmış heyvanların DNT fraqmentləri əsasında nəsli tükənmiş heyvanların genomlarının bərpasının mümkünlüyünü açıqlamışdı.

Bəzi alimlər hesab edirlər ki, doktor Çörçün tədqiatlarından nəsli tükənməkdə olan növlərin bərpası üçün istifadə məqsəduyğundur. Həmçinin bununla insanların xəstəliklərə dözümlülüyünü də artırmaq, bu sahədə işlər aparmaq olar. Doktor Çörç bildirib ki, onu iqlim dəyişiklikləri çox narahat edir.

“Təkamül bu gün məlum olan canlı növlərinin hamısını xilas etməyəcək. Biz təbiətin işinə daha aktiv şəkildə qarışmalıyıq”,- deyə o qeyd edib.

Ümumən, klonlama ilə bağlı tədqiqatlar uğurla nəticələnsə də, sonradan bu barədə məlumatlar məxfiləşdirildi. Son illər başqa planetlərə köç, Nuhun gəmisi, 2025-ci ildə Yer kürəsini bürüyəcək təbii fəlakətlər, dünyanın sonu, gələcəyimizi qorumaq üçün Norveç buzlaqlarında salınmış sirli toxum anbarı barədə xəbərləri pazl kimi bir araya toplayınca bu xəbəri də bir qədər başqa gözlə oxumalı olursan. Sanki sökülüb, yenidən yığılacağıq. Bu dəfə seçmələrlə. Sizə elə gəlmir?

İlhamə, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Polis əməkdəşının törətdiyi qəza ilə bağlı DİN-dən açıqlama
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
Son xəbərlər
Bütün xəbərlər »