Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sentyabrın 18-nə olan hava proqnozu
Sentyabrın 18-nə olan hava proqnozu

Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək, əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 11-16° isti olacaq.

Sentyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »