Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran bu ay özünün ilk nüvə silahını hazırlaya bilər - Qərb mətbuatı
İran bu ay özünün ilk nüvə silahını hazırlaya bilər - Qərb mətbuatı

ABŞ “İran nüvə silahının bir addımlığındadır” deyə boş yerə həyəcan təbili çalmır. Şərqşünas, siyasi şərhçi Vladimir Sajin hesab edir ki, vəziyyət əslində göründüyündən qat- qat qəlizdir.

MAQATE mütəxəssisləri belə qərara gəliblər ki, İran 1 ay ərzində nüvə silahına nail ola bilər. Bu məlumat The New York Times nəşrində yer alıb. Bu xəbərlə demək olar eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) əsas oyunçuları Çin və Rusiya İranı təşkilata üzv olmağa dəvət ediblər.

Vladimir Sajin bildirib ki, İran 2019-cu ilin may ayından nüvə proqramında xeyli irəliləyiş əldə edib.

“Daha effektiv sentrafuqalar tətbiq edib, ağırlaşdırılmış su ehtiyatlarını artırıb və ABŞ-ın uranın zənginləşdirilməsi ilə bağlı proqramına sankisya qoymazdan öncəki dönəmdəki gücünü özünə qaytara bilib.Bu il İran uranı 60 faiz zənginləşdirə bilib. Hazırda İranın 10 kiloqrama yaxın zənginləşdirilmiş uranı var. Nüvə silahı üçünsə 20-25 kiloqram 90 faiz zənginləşdirilmiş uran lazımdır. Bombanı 60 faiz zənginləşdirmə ilə də hazırlamaq olar. Lakin bunun üçün 40-50 kilo uran lazımdır. Bütövlükdə İran böyük bir yol qət edib.

Özlüyündə uran təkbaşına nüvə silahı deyi. Senrafuqalarda o qaz formasında olur. Onu bərk hala gətirmək, metal uran formasına salmaq lazımdır. İran bunu da bacarıb. Lakin nüvə silahı hazırlamaq üçün mürəkkəb texnologiyalar lazımdır”,- deyə alim qeyd edib. O əlavə edib ki, zənginləşdirilmiş hər kilo uran İranın danışıqlar masasında əlinin gücləndirilməsi deməkdir. O ki, qaldı onun ŞƏT-ə dəvət edilməsinə, alim bildirib ki, bu bir növ antiamerikan blokunun yaradılması deməkdir.

“Lakin Pakistan, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan da bu blokun üzvləridirlər və heç də antiamerikan əhval- ruhiyyəli deyillər. ŞƏT-in daxili siyasəti mürəkkəbdir. Çinin orda təsiri böyükdür və ŞƏT-ə öz maraqlarına üstünlük verməklə Çin rəhbərlik edir desək yanılmarıq. İranın ŞƏT-ə daxil edilməsi Əfqanıstan hadisələri ilə bağlıdır. Çünki ŞƏT-ə üzv olan bütün ölkələri Əfqanıstanın durumu narahat edir. Əfqanıstana qarşı İransız addım atmaq isə hamıya çətin görünür”,- deyə siyasi şərhçi Rusiya mediasına verdiyi müsahibəsində qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »