Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elektrik ustasını cərəyan vuraraq öldürüb
Elektrik ustasını cərəyan vuraraq öldürüb

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Azərenerji” ASC-nin Gəncə Qərb Regional Enerji Təchizatı və Satışı idarəsində usta vəzifəsində işləyən İlyas İsmayılov qeyd edilən yarımstansiyada təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »