Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmişdə gələcək axtaranlar...
Keçmişdə gələcək axtaranlar...

Türkiyə mediası sensasiyalı sayıla biləcək məlumat yayıb; “hansı siyasi sistem daha yaxşıdır” sualına rəyi soruşulanlar rusiyalıların 49 faizi (!) belə cavab verib: “Sovet siyasi sistemi”. Ölkə əhalisinin demək olar ki, yarısı keçmiş Sovet quruluşu üçün “darıxıb”. 2016-cı ildə bu rəqəm 37 fazi olmuşdu. İndi isə daha 12 fazi artaraq 49 olub. İndiki sistemin tərəfdarları 18 faizdir. 16 fazi isə hesab edir ki, Rusyada Qərb modelində demokratiya olsa, yaxşıdır..

Bizimyol.info saytının verdiyi xəbərə görə, qardaş ölkənin Duvar nəşri bu məqaləsində Yuri Levadanın Analitik Mərkəzinə əsaslanıb (“Levada – Mərkəz” Rusiyada xarici agent sayılır). Mərkəzin Rusiya respondentləri arasında keçirdiyi son sorğunun nəticələrinə görə, rəyi soruşulanların 62 faizi iqtisadiyyatda planlı tənzimləmə və bölgü prinsipinə tərəfdar çıxıb. Sovet İttifaqının dağılmasından sonra bu rəqəm ilk dəfə 60-ın üzərinə qalxıb. Xüsusi mülkiyyətə və bazar prinsiplərinə əsaslanan iqtisadi model isə respondentlərin 24 fazini qane edir.

Azərbaycan, eləcə də, bir çox keçmiş Sovet respublikaları öz müstəqilliyinin 30 ilini bayram etməyə hazırlaşarkən, Rusiya əhalisinin az qala yarısının keçmiş Sovet sisteminə “hə” deməsi ürküdücüdür. Çünki bu respublikaların xalqları məhz öz müstəqilliklərini itirəndə səbəbkar (əslində günahkar) Rusiya olmuşdu. Təbii ki, istiqlalı qazananda da ayrıldıqları metropoliya – Rusiya idi. Bu üzdən Rusiyanın “yaxın xaric” dediyi yeni müstəqil qonşuları keçmiş metropoliyanın ictimai fikrindəki bu vahiməli dalğalanmadan rahatsız olacaqlar. Tək təsəlli bu ola bilər: Sovet siyasi sistemini ideal sayanların tam 62 faizi 55 yaşdan yuxarı olanlardır. 25-39 yaş arası Rusiya vətəndaşları (22 faiz) indiki sistemi dəstəkləyir. 18-24 yaşlı gənclər isə (32 faiz) “Qərb ölkələri modelində demokratiya” istəyir.

Qərb demişkən, Rusiyada ABŞ-a simpatiya bəsləyənlər tam 80 faizlə sorğunun başında gəlirdi. Amma indi yox, 1991-ci ildə. İndi bu rəqəm 39 faizə düşüb. 30 il ərzində Amerikaya rəğbətin 41 faizi “buxarlanıb”. İnqilabi eranın sonlarına doğru anarxik çalarlı Yeltsin “demokraturası” və arxaik təfəkkürün Putini, o militarist ruhlu “velikorus” şovinizmindən su içən şəxsi diktaturası ilə öz işini “yaxşı” görüb deyəsən. Amma Avropa məsələsi... Bir az qarışıq.

Avropa İttifaqını şübhəsiz dost sayanlar da Sovet İttifaqının sonunun... ilk illərində çox yüksək olub (70 faiz). 2014-cü ildə bu rəqəm 19 faziə düşmüşdü. Səbəb də Ukrayna, Krım. Donbass, sanksiyalar, “qaz müharibəsi” və sair ola bilər. Ancaq bu ilin avqustuna olan vəziyyət başqadır – Qoca Qitəyə könül verənlər 46 faizə qalxıb. Qərbə tərəfdaş kimi baxanlar 44 faiz, rəqib sayanlar 29 faiz, dost bilənlər 13 faiz, düşmən gözündə görənlər 5 faiz olub.

Əslində bu rəqəmlər Rusiya ictimai fikrindəki çaşqınlığı, “nə yardan doyur, nə əldən qoyur” qarmaşasını göstərir. Keçmiş Sovet quruluşu üçün yas tutanlar hər nə qədər də artaraq 49 faizə çatsa da, Əlahəzrət Biologiya onların əleyhinə işləyir; insan Ana Təbiətin qanunlarına qarşı dura bilməz! Anlayacağınız: Sovet nostaljisi öz əcəli ilə yavaş-yavaş əriyib gedir.

Bu üzdən Sovet İttifaqının yenidən bərpa olunması çağırışları gündəlik tələbat siyasətinin olayıdır. Bundan bəzən Azərbaycan da daxil olmaqla bütün 14 keçmiş müttəfiq respublikaya qarşı blef kimi istifadə olunur. Sovet İttifaqını yüz faizi Sovet İttifaqında doğulub-böyümüş nəsillər özləri yıxdısa, Putinin 49 faizlik “siyasi nostaljik” ahıllarla İmperiya dirildəcəyi, sadəcə, seçkiqabağı mifologiyadır. Və yenə seçki ərəfəsindəki o “Rusiya-Belorus İttifaq Dövləti” zümzümələri də, sadəcə, axşamlar körpələrin sağlam yuxu rejimi üçün yararlıdır. Odur ki, Rusiya indi nə bizim sayğımıza layiq kimi görünür, nə qorxduğumuza qadir kimi. “Rusiya qorxusu” çağımızda artıq bir naxoş ruh halıdır. Bu qorxunu dayanmadan bəsləyənlər var. Bizim hər birimizdən bir Forrestol düzəldib yarımvassal (və ya bacarsalar vassal) tipajında “müstəqil ölkə” fasadı qurmaq istəyirlər.

ABŞ-ın ilk müdafiə naziri olmuş və “ruslar gəlir” deyə özünü psixatriya klinikasının 16-cı mərtəbəsindən atmış Ceyms Forrestol haqqında bir dəfə yazmışdıq. Qısacası, irreal “Rusiya təhlükəsi”ndən...

Bahəddin Həzi Bahəddin Həzi

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »