Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın Baş naziri Saakaşvilini narkoman adlandırdı
Gürcüstanın Baş naziri Saakaşvilini narkoman adlandırdı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilinin ölkəyə gəlməyəcəyinə əmin olduğunu, onun bu cür açıqlamaları narkotik vasitələrin təsiri altında verdiyini deyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası məlumat yayıb.

“Saakaşvilinin çağırışları narkomanın və qeyri-ciddi insanın sözləridir. Onun video-müraciətinə baxsaydınız, istənilən işə yeni başlayan polis belə Saakaşvilinin narkotikin təsiri altında olduğunu bilərdi”, - deyə Qaribaşvili söyləyib.

O, əlavə edib ki, keçmiş prezidentin Gürcüstana qayıdacağından da şübhə edir. Çünki bu baş verərsə, onu həbs gözləyir. Gürcü Baş nazir hesab edir ki, müxalifət bütün cəbhələrdə uduzduğunu bildiyi üçün bu cür primitiv üsullardan istifadə edir.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »