Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Patoloji yalançılıq – Onlarla hər gün qarşılaşmış ola bilərsiniz
Patoloji yalançılıq – Onlarla hər gün qarşılaşmış ola bilərsiniz

Yəqin Baron Münhauzenin, Gopçu Pirimin nağıllarını oxuyub çox gülmüşünüz. Lakin real həyatda yalanla üzləşmək, yalan vədlərdən yaralanmaq heç də gülüş doğurmur, ağrıverici olur.

Bəzi insanlar vardır, onlara cəmiyyət inanır, cəmiyyətdə müəyyən nüfuzları var. Lap yaxından tanış olduqdan sonra isə onların adi yalançı olduğunu hiss etmək, anlamaq insanı təəccübləndirir. Bəs bu insanları davamlı olaraq yalan danışmağa təhrik edən səbəb nədir? Əslində Mifomaniya patoloji psixoloji xəstəlikdir. Patoloji yalançılıq, mifomaniya və ya Pseudologia Fantastica (lat.), psixoloqlar və psixiatrlar arasında çoxlu mübahisələrə səbəb olur. Bəziləri bunun daha mürəkkəb bir pozğunluğun əlaməti olduğuna inanırlar. Məsələn, şəxsiyyət pozğunluğu, sosiopatiya və ya narsisizm.

Bunun xüsusi bir asılılıq forması olduğuna dair bir fərziyyə var. Yalançı spirtli içki, siqaret çəkən və ya qumarbaz kimi psixoloji bir impulsun təsiri altında yalan danışa bilər. Ancaq bəzi insanlar hər zaman yalan danışırlar. Onların hiylələrini xroniki adlandırmaq olar, çünki həyat boyu və ya vərdiş halında müşahidə olunur .

Patoloji yalançıları aşkar etmək asan deyil, xüsusən də ilk tanışlıq zamanı bu tip insanlar həmişə xarici amillərin deyil, daxili motivasiyanın təsiri altında hərəkət edirlər. Başqa sözlə, xoşagəlməz nəticələrdən qaçmaq üçün çox yalan danışırlar. Patoloji yalançıları, ağıllı, açıq, cazibədar görünə bilərlər. Əsl üzləri yalnız zamanla ortaya çıxır və sonra ünsiyyət gərginləşir. Sonsuz yalanlar dostluğu, eşqi, iş əlaqələrini və hətta ailəni məhv edə bilər.

Patoloji yalançılar müəyyən bir məqsəd üçün yalan danışırlar, yeni detallarla tamamlana biləcək fantastik hekayələr icad edirlər, dediklərinin hamısına özləri inanırlar, aldatmaqdan şübhələndikləri zaman inciyirlər, səlahiyyətlərini gücləndirmək üçün yalan danışırlar və bu zaman qızarmır və özlərini pis hiss etmirlər.

Kompulsiv yalançılar da var. Onlar əsasən yalan danışmaq məcburiyyətində olduqlarında, ya başqa cür edə bilmədikləri , ya da həqiqəti söyləmək əlverişsiz olduqda yalan danışırlar. Çox zaman tez-tez anlaşılmaz bir səbəbdən və heç bir fayda vermədən yalan danışır, Nağıllar uydurmaq, əslində inandırıcılığı haqqında düşünməmək də onlara xas xüsusiyyətdir.

Bu davranışın səbəbi nədir?

Bilə -bilə yalan danışmaq patologiyasının açıq elmi izahı yoxdur. Bu davranış bir çox genetik və xarici amillərdən qaynaqlanır, lakin bu hər kəs üçün unikaldır.

Ən çox yayılmış səbəblər arasında:

1. Şəxsiyyət pozğunluqları. Yuxarıda qeyd edildiyi kimi, hər addımda yalan danışmaq psixi pozğunluğun əlaməti ola bilər.

2. Beynin xüsusiyyətləri. Bir neçə tədqiqat, patoloji yalançıların beynindəki struktur anormallıqlarına işarə edir. Belə bir araşdırmada, prefrontal korteksin üç hissəsində ağ maddənin artan həcmi aşkar edilmişdir.

3. Tərbiyə forması .Uşaqlıqda hamımız nəyin yaxşı, nəyin pis olduğunu öyrənirik. Erkən yaşda insan cəza qorxusundan və ya qazanc naminə yalan danışa bilər və sonradan bu vərdişə çevrilir.

4. Kimyəvi asılılıq. Narkotik aludəçiləri və alkoqoliklər problemlərini gizlətmək və eyni zamanda pul tapmaq üçün çox vaxt hiyləli yalanlara əl atırlar.

5. Digər psixoloji problemlər. Tez-tez yalan danışan bir adamda depressiya, narahatlıq və ya obsesif-kompulsif pozğunluq ola bilər. Bu davranış qorxu, günahkarlıq və ya utanc hissi ilə, vəziyyətlərini qəbul etmək istəməmələri ilə əlaqələndirilə bilər.

Onları necə tanımalı?

Yalançıların hekayələri tamamilə inanılmazdır. Gah ABŞ prezidenti ilə görüşdüyünü, gah kraliçə ilə nahara dəvət aldığını deyə bilər.

Diqqəti cəlb etmək arzusu , özünə maraq oyatmaq üçün yalan danışır və öz dəyərini sübut etmək üçün qəhrəmanlıq hekayələri dinləməli olursansa qarşındakı patoloji yalançıdır. Onlar səhvlərini etiraf etmək və ya problemlə üzləşdiklərini səmimiyyətlə söyləmək əvəzinə, günahsız görünmək üçün boş şeylər danışırlar. Və ya qurban kimi görünə bilərlər. Başqalarından rəğbət və dəstək almaq üçün, şikayətlənirlər. Xəstəliklər, yaxınlarının ölümü, birinin qəddarlığı və nə qədər acılı hekayə varsa hamısını uydura bilərlər. Tipik olaraq, kompulsif yalançıların özünə hörməti aşağı olur, arxasında narahatlıq və etibarsızlıq gizlənir.Buna görə də çox zaman davakar olurlar. Yalanı gizlətmək, özlərini güclü göstərmək üçün.

Yalanın üstü açılırsa dərhal geri çəkilir və söylədiklərinin mənasını dəyişirlər. Patoloji bir yalançı ilə mübahisə başınızı divara vurmaq kimidir. Mübarizədən yorulana qədər ən gülünc arqumentləri verəcək, təki qalib olaraq mübahisədən çıxa bilsin. Son dərəcə bacarıqlıdırlar. Dərhal bütün hallar üçün inandırıcı versiyaları öncədən uydurub hazır saxlayırlar. Həyatları xaotik və faciələrlə doludur. Münasibətlər dağılır, dostlar üz döndərir, amma patoloji yalançı hələ də aldadılacaq sadə insanları axtarmağa tələsir. Sirr saxlamağı bilmirlər və qeybət etməyi sevirlər. Ədəb anlayışı ilə tanış deyillər: həvəslə başqasının həyatının təfərrüatlarını, o cümlədən intim həyatını müzakirə edirlər. Onlar üçün müqəddəs heç nə yoxdur.

Onlara necə rəftar etməli?

Bir narsist və ya sosiopatla üzləşmisinizsə ondan uzaq durun və bunun üçün peşman olmayın. Ancaq bunu patoloji yalançılarla etmək olmur. Üstəlik o ailə üzvünüzdürsə.

Ən azından ona nə vaxt inanacağını və nə vaxt inanmayacağını anlamağa çalışın.Fakt kimi qəbul edin: yalan bir dəfədən çox təkrarlanacaq/

Patoloji və ya kompulsif yalançıların danışmalarına hər zaman nəzarət etmirlər. Buna görə də onların yalançı olduğunu bilmək daha ağlabatandır. Bu, özünüzü nağıllara inanmağa və ya davranışlarını norma kimi qəbul etməyə məcbur etmək demək deyil. Əsas odur ki, hər yalan pis niyyətlə danışılmasın.Sadəcə bir yalançıya hansısa vacib işinizi tapşırıb həllinə arxayın olmayın.yalan ürəyinizi ağrıtmasın deyə bunu şəxsinizə qarşı yönəlmiş duyğu kimi qəbul etməyin, sadəcə hər kəsin tərk etdiyi yalançının yanında bir tək siz qalmısınız və ya hər kəs onu maskalı görür, əsl həqiqəti isə bir tək siz bilirsiniz.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »