Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlıya atəş açdılar, güllə yoldan keçən qadına dəydi
Azərbaycanlıya atəş açdılar, güllə yoldan keçən qadına dəydi

Türkiyənin Samsun şəhərində iki nəfər şəxs Füzuli adlı azərbaycanlı ilə dava etdikdən sonra ona silah çəkiblər və qovmağa başlayıblar. Bu zaman güllə təsadüfən yoldan keçən qadına dəyib. Bu haqda Türkiyə KİV-ləri yazır.

Bildirilir ki, hadisə ötən gün sentyabrın 15-də axşam saat 20 radələrində baş verib. Samsunun Bazar Məhəlləsindəki Böyük Məscidin yaxınlığında 19 yaşlı Selaheddin S. və Yasin S. dava etdikləri Azərbaycan vətəndaşı Füzuli Ş.-ni qovmağa başlayıb. Qovalama zamanı həmin şəxslər tapança çıxararaq azərbaycanlıya atəş açıblar, amma güllə həmin vaxt təsadüfən yoldan keçən Kader U. adlı 40 yaşlı qadının qıçından dəyib.

Selaheddin və Yasin isə buna məhəl qoymayaraq Füzuli Ş.-ni qovmaqda davam ediblər, onu yaxalayıblar və döyərək başından xəsarət yetiriblər. Həm güllə dəyən qadın, həm azərbaycanlı xəstəxanaya yerləşdirilib. Polis qısa müddət sonra həmin iki nəfəri yaxalayaraq həbs edib. Davanın motivləri haqda məlumat verilmir.(virtualaz.org)

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »