Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AMEA yeni zəli növləri yetişdirib
AMEA yeni zəli növləri yetişdirib

AMEA Zoologiya İnstitutu tibb zəlisinin steril formalarının alınması ilə bağlı uğurlu tədqiqatlar aparıb.

Akademiyadan "Report"a verilən məlumata görə, Qafqazın şirinsu hövzələrində 23 növ, Azərbaycanda isə 15 növ zəlinin yayıldığı məlumdur. Azərbaycanda ilk dəfə olaraq AMEA Zoologiya İnstitutu tərəfindən zəlilərin H.(Dina) stschegolewi, D. cf.farsa növləri qeydə alınıb.

Bildirilib ki, Azərbaycan hirudofaunası üçün ən əhəmiyyətli növ Şərq tibb zəlisi (Hirudo orientalis) hesab olunur.

"Azərbaycanda son illərə kimi hirudofauna ilə bağlı ətraflı tədqiqat işləri aparılmayıb. 2018-2020-ci illər ərzində Azərbaycanın 4 zonasında - Quba-Xaçmaz, Masallı-Lənkəran-Astara, Şəki-Zaqatala və Gəncə-Qazax bölgəsində 23 rayonu, 82 su hövzəsini əhatə edən tədqiqat işləri aparılıb və ölkəmizdə tibb zəlisi rast gəlinən ərazilər müəyyənləşdirilib. Tibb zəlisi əsasən cənub zonasında üstünlük təşkil edir”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində və Mingəçevir elmi-təcrübə stansiyasında tibb zəlisinin steril formalarının alınması ilə bağlı uğurlu tədqiqat işi aparılıb. Baramalardan çıxmış bala fərdlər təbiətə buraxılıb. Müxtəlif populyasiyalarda Şərq tibb zəlisinin DNT polimorfizmini müəyyənləşdirmək üçün AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədqiqat işləri aparılmaqdadır.

“Apardığımız tədqiqat işinin əsas məqsədi Azərbaycan hirudofaunasını ətraflı öyrənmək, steril növlər əldə edərək hirudoterapiyada istifadə etmək və Şərq tibb zəlisinin DNT polimorfizmini müəyyənləşdirməkdən ibarətdir”, - institutdan bildirilib.

Bundan başqa, hirudoterapiya ilə bağlı tədqiqat işləri müqavilə əsasında özəl klinikalardan birində aparılıb və hazırda hirudoterapiyanın əhəmiyyəti ilə bağlı metodik tövsiyə hazırlanmaqdadır.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »