Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzəbin bizə faydası nədir
Qəzəbin bizə faydası nədir

Qəzəblənəndə gözümüzə heç nə görünmür. Ürək daha möhkəm döyünməyə başlayır, dişimizi dodağımıza sıxırıq, yumruqlarımızı düyünləyirik. Bu mənzərə belə təəssürat yarada bilər ki, qəzəbin orqanizmə yalnız zərəri var. Sən demə, qəzəb insanı həyatda saxlayan ən vacib amillərdəndir.

Bizimyol.info xəbər verir ki, bununla bağlı İsveç mətbuatında yazı dərc olunub. Məqalədə qəzəbin yaxşı tərəflərindən danışılır.

Psixoloq, tədqiqatçı Yuhan Byureberq deyir ki, hisslər ən vacib funksiyalarını yerinə yetirməsə, atrofiyaya uğraya bilər. Yəni zamanla sıradan çıxar. O, quyruğun itirilməsini nümunə göstərir. Bir vaxtlar insanların da quyruğu olub. Amma toxumaların həcminin kiçilməsi bu orqanı sıradan çıxarıb.

Yuhan Byureberq iki ildir Linçöpinq Universitetinin tədqiqatçıları ilə birlikdə qəzəblə bağlı araşdırma aparır. Nəticələr bir müddət sonra açıqlanacaq. Psixoloq deyir ki, insanlar səhvən qəzəbi neqativ hiss kimi qəbul edir. Onun fikrincə, qəzəb çox məsələlərdə işə yarayır. Byureberq “Terminator Salvation” (“Terminatorın xilası”) filmində Kristian Beylin çəkiliş meydançasındakı bir hərəkətini xatırladır. Onda aktyor hamının lazımınca konsentrasiya olması üçün möhkəm bağırmaq məcburiyyətində qalmışdı. Tezliklə hər şey qaydasına düşmüşdü.

Karolin İnstitutundan Hanna Salin deyir ki, qəzəbin yaxşı tərəfləri ola bilər, amma bu, özünü təhdid və təcavüzlə ifadə etməməlidir.

“Qəzəbləndiyimiz insan ola bilər ki, üzr istəyəcək, bizi narahat edən addımı daha atmayacaq. Biz bu məqamda necə həyəcanlandığımızı, qüssəyə büründüyümüzü hiss etməyəcəyik. Təkcə o nəticəyə gələcəyik ki, qəzəblənən kimi istədiyimiz əldə olunur. Yalnız qısamüddətli perspektivdə qəzəb faydalı ola bilər. Axı insan özünü yaralı hiss etməkdənsə qəzəbli olmağa üstünlük verər”.

Byureberq fikrində qalır. Psixoloq daha bir filmdən misal gətirir. “Uve adlı insan”da baş rol ifaçısı Rolf Lassqordun həyatında faciə baş verib. O, hamı ilə qəzəbli danışır. Byureberq hesab edir ki, belə kədərlə Uveni həyatda saxlayan məhz qəzəb hissidir. Halbuki Uve çox yaxşı adamdır. Sadəcə, qəzəbli görünmək onu güclü saxlayır.

“Qəzəb bütün orqanizmin tamamilə təbii bir reaksiyasıdır. Bədənin öz cavabı, idrak cavabıdır. Bu, hərəkətə təkan verən bir davranış reaksiyasından ibarətdir”.

Byureberq inanır ki, qəzəb insana yalnız güc verir. Hanna Salin də bununla qismən razılaşır. Byureberq həyatda bir çox vavib maneələri qəzəblə aşmağın mümkünlüyünə əmindir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »