Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elm adamlarından fəlakətlərin səbəbi ilə bağlı xəbərdarlıq
Elm adamlarından fəlakətlərin səbəbi ilə bağlı xəbərdarlıq

 Bütün dünya həddindən artıq istilər, dağıdıcı daşqınlar və meşə yanğınları ilə mübarizə apararkən, elm insanları bu hadisələrin səbəbləri ilə bağlı yeni faktlar aşkara çıxardırlar.

Bizimyol.info xəbər verir ki, Arizona Universitetinin İqlim Sistemləri Mərkəzi, Şimali Atlantik reaktiv axınlarını araşdırıb.

Qrenlandiya buz təbəqəsinin dərinliyinə enən tədqiqatçılar, son 250 ildə reaktiv axınının mövqeyinin və intensivliyinin necə dəyişdiyini aşkar ediblər. Məlumatlara görə, reaktiv axınların mövqeyi 2060 -cı ilə qədər dəyişməyə davam edəcək. Bu isə ABŞ və Avropa qitəsində yerləşən ölkələrdə daşqın, yanğın, qasırğa, quraqlıq, tornado və yüksək temperatur kimi iqlim hadisələrinə səbəb ola bilər.

“Proceedings of the National Academy of Sciences”(PNAS) elmi jurnalında dərc olunan araşdırmaya görə, reaktiv axın küləklərinin istiqamətindəki və intensivliyindəki dəyişikliklər iqlim hadisələrinə birbaşa təsir edir.

“Şimali Atlantik reaktiv axını, Amerika Birləşmiş Ştatları və Avropada yağıntıların, temperaturun illik dəyişməsində 10 % -dən 50 % -ə qədərini təşkil edir. Reaktiv axınının gələcəkdə necə dəyişəcəyi ilə bağlı məlumatlar kifayət deyil.

Bildiyimiz odur ki, reaktiv axınındakı qeyri -adi dəyişikliklər daşqın və quraqlıq kimi ciddi ictimai təsirlərə səbəb ola bilər”,-deyə jurnalda qeyd olunub.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »