Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üçüncü doza peyvəndlə bağlı araşdırma nəticələri açıqlanıb
Üçüncü doza peyvəndlə bağlı araşdırma nəticələri açıqlanıb

İsraildə aparılan araşdırmaya görə, yeni növ koronavirus - COVID-19 vaksininin üçüncü dozası ikinci ilə müqayisədə 10 dəfə çox antikor yaradır.

İsrail İctimai Yayın Quruluşu Şəba xəstəxanasının ikinci və üçüncü doza vaksindən sonra bədəndəki antikor səviyyəsi ilə bağlı araşdırmasının nəticələrini yayımlayıb. Araşdırma çərçivəsində. xəstəxanadakı tibb işçilərinin ikinci və üçüncü doza vaksin edildikdən sonra nəticələri müqayisə edilib. Müqayisə nəticəsi olaraq, üçüncü dozanın antikor səviyyəsinin ikinci ilə müqayisədə 10 dəfə çox olduğu müəyyən edilib.

Qeyd edək ki, İsraildə 3 doza vaksin edilənlərin sayı 3 milyona yaxındır.

Bir müddət əvvəl mərhələli olaraq, fərqli yaş qruplarına üçüncü dozanın vurulmasına qərar verən İsrail rəhbərliyi son olaraq, avqustun 29-da 12 yaşından böyük vətəndaşları da bu sıraya daxil etmişdi.

Bununla yanaşı, 9,4 milyon əhalisi olan İsraildə; 6 milyon 54 min nəfərə COVD-19 virusuna qarşı vaksinin birinci, 5 milyon 563 min nəfərə ikinci və 2 milyon 966 nəfərə üçüncü doza vurulub.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
Son xəbərlər
Bütün xəbərlər »