Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
"Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"

Prostat xərçəngi kişilərdə ən çox müşahidə edilən xərçəng növüdür. Xərçənglə bağlı ölümləri araşdırarkən prostat xərçənginin bu sırada ikinci yerdə olduğunu görmək mümkündür.

Prostat vəzi, kişinin reproduktiv sisteminin orqanıdır və kiçik çanaqda, düz bağırsağın ön hissəsində, sidik kisəsinin altında yerləşir. Prostat vəzinin ölçüsü normada təxminən bir qozun ölçülərinə uyğundur. Prostat vəzi, iki növ toxumadan qlandular və əzələdən ibarətdir. Birincisi, seminal mayenin tərkib hissəsi olan maye istehsal edən vəzlərdən ibarətdir. Əzələ toxuması eyakulyasiya zamanı vəzlərin boşalmasını təmin edir.

Prostat xərçəngi, prostat toxumasını meydana gətirən bəzi hüceyrələrin anormal gedişi nəticəsində meydana gəlir və şiş strukturları meydana gətirir.

Adətən 65 yaşından sonra müşahidə edilən bu xəstəlik erkən dövrlərində heç bir əlamət göstərmədən inkişaf edə bilər. Ancaq müdaxilə edilmədiyi təqdirdə, zamanla böyüyərək, sidik kanalına zərər verə bilər. Belə xəstələrdə sidiyə çıxmaqla bağlı şikayətlər yarana bilər.

Böyük Britaniyalı alim Raglan Barne, 1883-cü ildə Hinditandakı kişilərdə sidik kisəsi daşının çox olduğunu və bu vəziyyətin sidiyə çıxma forması ilə əlaqəli olduğunu qeyd edirdi.

2012-ci ildə İsveçin Sormland Şəhər Şurası üzvü Viqqo Hansenin şurada olan kişilərin şura binası tualetlərində oturaraq işəməsini məcbur edən bir qanun layihəsi təqdim etməsi ilə bu iddia xəbər saytlarında populyarlaşdı. Hansen təklifini 3 şərtlə izah edirdi. Onun fikrincə təklifi qəbul ediləcəyi təqdirdə, tualetlər daha təmiz qalacaq, kişilərin seks həyatı yaxşılaşacaq və kişilərdə prostat xərçəngi riski azalacaq.

Elmi araşdırmalar bu mövzuda nə deyir? Ayaqüstə işəmək sağlamlıq üçün həqiqətən təhlükəlidirmi?

Qeyd edək ki, aparılan araşdırmalarda kişilərin ayaqüstə işəməsi ilə prostat xərçəngi də daxil olmaqla hərhansı bir xəstəliklə əlaqəsi aşkarlanmayıb.

Bir araşdırmada maksimum sidik axımı sürəti, sidikdən sonra sidik kisəsində qalan sidiyin həcmi, sidiyə getmə müddəti kimi dəyərlər araşdırılıb. Araşdırmanın nəticəsinə görə, gənc və ya hələ prostat şikayətləri başlamamış kişilərdə ayaqüstə və oturaraq sidiyə getmə zamanı heç bir fərq qeydə alınmayıb. Bütün bunlarla yanaşı, 50 yaşından böyük kişilərin oturaraq sidiyə getməsi tövsiyə edilir.

Prostat vəzi böyüyüb sidik yolunu tutduğu zaman, xəstələrdə sidik axımının zəifləməsi, sidiyə tez-tez getmə, dağınıq işəmə, sidiyin hamısını bir dəfəyə boşalda bilməmək və gecələr sidiyə getmək üçün yuxudan durma ilə bağlı bəzi şikayətlər müşahidə edilir.

50 yaşından böyük kişilər oturaq vəziyətdə daha sürətli və daha çox sidiyə gedərlər. Və nəticədə sidik kisəsində az sidik qalar. Yaşlı kişilər ayaqüstə işəməyə çalışdıqları zaman ayaqüstə qala bilmək üçün əzələlərini sıxarlar. Bu zaman isə sidiyin axışı və boşaltma funksiyası pozular. Oturma zamanı isə, çanaq əzələləri açılar, sidik kisəsi əzələsi və hətta qarın əzələləri dartılıb daha güclü bir axım ilə daha çox sidik boşaldar. Ayaqüstə sidiyə gedən zaman nəcisin buraxılmaması üçün anal sfinkter dartılır. Bu dartılma zamanı çanaq əzələləri də dartılır və sidiyin axışı pozular.

Ayaqüstə sidiyə getmək gigiyenikdirmi?

Ayaqüstə sidiyə gedən zaman sidik geyimlərə və ətrafa sıçraya bilər. Bununla yanaşı, ayaqüstə sidiyə gedilən zaman sidik kisəsi tamamilə boşalmayıb qalan sidik sonradan alt geyimi çirkləndirə və islada bilər. Sidik kanalı arxadan önə doğru içəridə qalan sidiyi boşalda bilər. Sidiyə getdiyiniz yerin gigiyenik şərtləri çox önəmlidir. Gigiyenik olaraq uyğun şərait olmadığı təqdirdə ayaqüstə sidiyə getmə daha uyğundur.

Oturaraq sidiyə gedən zaman kişinin penisi qarşıya baxır. Beləlikə təbii oturma prosesində penisə əllə müdaxilə etmədən işəmək mümkün deyil. Bu da ayaqüstə işəməklə oturaraq işəməyi gigiyenik baxımdan fərqsiz edir.

Qısacası, yaşlı kişilər üçün oturaraq sidiyə getmə sağlamlıq baxımından daha yaxşıdır. Gənc və orta yaşlı kişilər üçün isə bunun fərqi yoxdur.

Pittsburq Universitetinin uroloq professoru Benjamin Daviesin fikrincə, oturaraq işəmək insana sağlamlıq və ya seks həyatı baxımından hərhansı bir fayda vermir. Bu axmaq bir iddiadır:

"İşəmək ilə seks həyatı arasında heç bir əlaqə yoxdu. Bununla yanaşı bu iddianın prostata faydalı ola biləcəyi ilə bağlı heç bir sübut yoxdur. Əgər sağlam kişisinizsə işəyən zaman prostat əzələləriniz açılar. Oturaraq işəmək isə psixoloji bir seçimdir. Sağlamlıqla heç bir əlaqəsi yoxdur. Əgər yorğunsunuzsa oturub işəyə də bilərsiniz. Ancaq bunun prostat xərçəngi ilə heç bir əlaqəsi yoxdur. Prostat xəçənginə səbəb olan amillər araşdırılmalı və bu ciddi xəstəlik zarafatla qəbul edilməmlidir."

Qeyd edək ki, 70 yaşından böyük kişilərin 50 faizində, 90 yaşlı kişilərin isə hamısında mikroskopik ölçüdə prostat xərçəngi aşkar edilir. Xəstəlik 50 yaşından gənc kişilərdə müşahidə edilmir. Bu səbəblə də, erkən diaqnoz 50 yaşdan böyük kişilərdə prostat xərçəngi riskini azaldır.

Aparılan araşdırmalar zamanı, xəstələrin 15 faizində digər ailə üzvlərində prostat xərçəngi olduğu aşkar edilib. Prostat xərçəngi köklük, siqaret çəkmək və genetik səbəblərdən meydana gəlir.

Uroloq Rəşad Tarverdiyevin sözlərinə görə, sidiyə getmə formalarının hərhansı bir xəstəliklə əlaqəsi yoxdur:

"Düzü, boş fikirdir. Prostat xərçəngi ilə sidiyə getmənin heç bir əlaqəsi yoxdur. Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır. Genetik səbəblər, cinsi əlaqələrin mütəmadi olmaması, soyuqlama, zərərli vərdişlər, cinsi xəstəliklər və s. bu kimi hallar prostat xərçənginə yol açır. Sidiyə hansı formada getmənin bununla yaxından və ya uzaqdan heçbir əlaqəsi yoxdur"...

Hazırladı: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »