Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Botoksun xəstəlikləri sağalda biləcəyini ilk dəfədir eşidirəm"
"Botoksun xəstəlikləri sağalda biləcəyini ilk dəfədir eşidirəm"

Fransalı alimlər iddia edir ki, botoks koronavirusdan qoruya bilər. Bu barədə məqalə "Journal of Stomatology, Oral and Maxillofacial Surgery" jurnalnda yayımlanıb.

Araşdırma Monpelye Universitetində 193 xəstə üzərində aparılıb. Araşdırma müəllifləri eyni zamanda nikotinin də koronavirusa qarşı müqavimətli olduğunu iddia ediblər. Böyük Britaniyanın Birmingem Universitetinin Mikrobiologiya və İnfeksiya şöbəsinin direktoru Vilyam Van Şeyk isə araşdırma ilə razılaşmayaraq, bu sübutu zəif adlandırıb.

Araşdırmaçılar, bir kənddə hamının koronavirusa yoluxmasına baxmayaraq, koronavirusa yoluxmayan 64 yaşında botokslu qadını nümunə göstəriblər. Clostridium Botulinum adlı bakteriyadan əldə edilən botoks qırışlar, üzə forma verilməsi, həddən artıq tərləmə və miqren kimi problemlərin aradan qaldırılması məqsədilə istifadə edilən müalicə üsuludur. Əzələləri passivləşdirərək işləyən botoks müalicəsi təhlükəli olduğu üçün tövsiyyə edilmir.

Sadəcə estetik müdaxilələr, qırışların aradan qaldırılması üçün istifadə etdiyini düşünən insanlar, ümumiyyətlə, botoks etdirdiyini çox zaman gizlətməyə çalışır.

Fransalı alimlərin həyata keçirdikləri araşdırma botoksun cəmiyyətin nəzərindəki vəziyyətini dəyişdirə bilər. Belə ki, alimlər 50 yaşında və 4/3-ü qadın olan 193 xəstəni botoks müalicəsi edərək araşdırmağa başlayıb. Xəstələr 3 ay müşahidə altında saxlanılıb və bu müddətin sonunda, iki şübhəli fakt istisna olmaqla, xəstələrin heç birində koronavirus aşkarlanmayıb. Fransalı alimlərin gəldiyi nəticə Böyük Britaniyalı mütəxəssislər tərəfindən sübut olaraq qəbul edilməyib və iddianın zəif olduğu qeyd edilib.

Həkim terapevt Məlahət Abbasova botoksun koronavirusa qarşı müqavimətinin ola biləcəyi fikrini ilk dəfə eşitdiyini deyir: "Botoks, labarotoriya şəraitində bakteriyadan əldə edilir. Əsasən, müvəqqəti olaraq qırışların açılması, dərinin təravətlənməsi məqsədilə ilə istifadə edilir. Botoksun digər xəstəlikləri, o cümlədən, koronavirusu sağalda və ya müqavimət yarada biləcəyi haqqında ilk dəfədir eşidirəm".

İlahin, Bizimyol.info

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »