Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Facebook-u ikili standartlarda ittiham edirlər
Facebook-u ikili standartlarda ittiham edirlər

Facebookun izləyici sayı çox olan hesablara tətbiq etdiyi ikili standart mexanizmi ifşa edilib.

XCheck adı verilən, xüsusi bir proqramla qorunan paylaşımlar arasında koronavirus vaksini ilə bağlı yalan xəbərlər də yer alır. Üstəlik tək bu da deyil, bu proqramla Facebookun qoyduğu bəzi qadağalar müəyyən şəxslərə qarşı tətbiq edilmir. Trampı təhqir edən, ulduz futbolçu Neymarın intim görüntülərini əks etdirən paylaşımlar da məhz bu proqramın mühafizəsi altında izləyicilərə çatdırılıb.

Facebookun qurucusu Zukerberg verdiyi açıqlamalarda hər zaman bir məsələyə xüsusi toxunur və qeyd edirdi ki, bu sosial şəbəkənin 3 milyard istifadəçisinin hamısına eyni qaydalar tətbiq edilir. Şəxsin siyasətçi, şoumen. hər hansı bir nüfuzlu şəxs olmasından asılı olmayaraq hamı eyni qaydalara tebedir, ayrıseçkilik edilmir.

Lakin ABŞ mətbuatında yayılmış bir məlumatla həqiqət üzə çıxdı. Wall Street Journal nəşri gizli Facebookun gizli dosyalarına əsasən , hər şeyin Zukerberqin dediklərinin əksinə olduğunu yazıb.

"XCheck" və ya çarpaz kontrol adlanan bu proqram izləyici sayı çox olan hesabları VİP siyahısına alır, bu proqram sayəsində milyonlarla istifadəçi heç bir qadağaya, bloka məruz qalmadan istədiyi kimi paylaşım edə bilir.

Bu proqram əslində öncələr məşhurları qorumaq məqsədi ilə yaradılsa da sonra istifadəsi əks göstərişə çevrilib və məşhurlar haqqında xoşagəlməz paylaşım edənlərə qalxan rolunu oynamağa başlayıb.

Bu proqramın qoruması altında paylaşım edənlər təcavüz, intim, təhqir məzmunlu paylaşımları rahatlıqla, qadağa görmədən çoxsaylı kütlələrə çatdıra bilirlər.

Hazırladı: İlhamə

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »