Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 16-sı axşamdan başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, müəyyən yerlərdə leysan xarakterli intensiv yağış yağacağı və şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Həmçinin, bəzi dağ çaylarından qısamüddətli sel keçməsi ehtimalı ilə əlaqədar sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »