Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlərdən yeni tədqiqat — "Yağlı qidalar ölümə səbəb olur"
Tərkibində doymuş yağlı turşuların miqdarı çox olan qidalar erkən ölümə səbəb olur.

"Ölkə.Az" xəbər verir ki, Kolumbiya universitetinin alimləri bu nəticəyə gəliblər.

Alimlər yeni mikroskopiya üsulu yaradıblar. Bu yeni üsul vasitəsilə hüceyrələr tərəfindən sovrulan yağlı turşuların növbəti "taleyi" müşahidə edilib.

Məlum olub ki, doymuş yağlı turşular plazma membranının tərkibinə daxil olurlar. Bu isə möhkəm bölgələrin yaranmasına səbəb olur. Bu bölgələr isə normal halda elastik olmalıdırlar. Onlara daxil olan fermentlər xüsusiyyətlərini itirirlər.

Bu ona görə baş verir ki, sərt və uzun turşu zənciri lipid molekullarını möhkəmləndirir. Anomal sahələr artır, bu isə hüceyrələrin dağılmasına səbəb olur.

Doymamış turşular isə əksinə, lipidlərin əriməsinə səbəb olur. Bu səbəbdən balıq, qoz və bitki yağları insan sağlamlığına müsbət təsir edir.

Son xəbərlər
Bütün xəbərlər »