Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantinlər dövründə intiharların sayı artıb
Karantinlər dövründə intiharların sayı artıb

Qlobal böhran dünyanı çox əldən salıb. Epidemiyanın yayılmamasına görə karantin elan etmək məcburiyyəti yaranır. Bu isə insanlara psixoloji baxımdan çox pis təsir edir. Elə bu mənada intiharların çoxalması təəccüblü deyil. Dünya dərin depressiyaya girib.

Bizimyol.info xəbər verir ki, karantinlər intiharlara böyük təkan verir. İtaliya mətbuatında bu barədə yazı dərc olunub. Avropa ölkəsində mütəxəssislər lokdaunun yalnız zərərindən danışır. Qadağalar, çoxsaylı qaydalar insanlara psixoloji sarsıntılar yaşadır. Onlar ağır günlərdə çıxış yolunu intiharda görür. Pandemiya dövründə hər 12 saatda 1 nəfər canına qıyır. 2021-ci ilin əvvəlindən avqustun 31-dək İtaliyada 431 nəfər intiharla həyatını dayandırıb. Daha 348 italyanın cəhdi uğurlu alınmayıb.

Gənclər daha çox əziyyət çəkir. Onlar reallıqdan çox uzaq qalıblar. Onsuz da özünü həyatda təsdiq etmək üçün böyük rəqabət mühitinə düşürlər. Lokdaun imkanları xeyli məhdudlaşdırır.

Ümumdünya Səhiyyə Təşkilatının Avropada regional direktoru Hans Henri Glyuge məsələnin ciddiliyini qəbul edir. Onun fikrincə, psixoloji sağlamlıq istiqamətinə daha çox investisiya qoyulmalıdır.

Amerika Onkologiya Cəmiyyətindən Korinn Liç tədqiqatların pandemiya dövründə təkcə psixoloji baxımdan yox, həm də fiziki cəhətdən ciddi problemləri ortaya çıxardığını bildirir. Həyəcan, stress, sosial yükün ağırlaşması son nəticədə orqanizmə böyük zərbə endirir.

Başqa tədqiqatlar da sosial təcridolunmanın insan psixologiyasına pis təsirini ortaya qoyur. Prosesin nə vaxt bitəcəyinin bilinməməsi böyük ümidsizlik yaradır. Üstəlik, yaxınlardan yetərincə dəstək almaq olmur. İnsan özünə heç vaxt olmadığı qədər çox qapılır. Tənhalıq hissi adamı heç tərk etmək istəmir. Sosial problemlərin böyüməsi isə intihar ehtimalını artırır.

İnsan emosional varlıqdır. Bir nöqtədə hisslərə qapılmaq təbiidir. Həmin anlarda sosial cəhətdən ağır yükdən canını qurtarmaq üçün intihar ən uyğun yol kimi görünür. Hökumətlər vəziyyətin ağırlığını anlamağa başlayıb. Buna görə də karantinlərdən imtinalar bir-birini əvəz edir.

Bizimyol.info

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »