Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə səfirliyində Bakının bolşevik işğalından azad edilməsinin 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
Türkiyə səfirliyində Bakının bolşevik işğalından azad edilməsinin 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Bakının bolşevik işğalından azad edilməsinin 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbir bir dəqiqəlik sükut və hər iki ölkənin dövlət marşının səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bugünün əhəmiyyətindən danışarkən qeyd edib ki, 103 il öncə Nuri Paşa 12 minlik Qafqaz İslam Ordusu ilə Azərbaycana gələrək, Azərbaycanı bolşevik-erməni qruplaşmalarından təmizləyib.

Cahit Bağçı

"Həqiqətən çox mənalı gündür. Məhz illər öncə bu gün qardaşlığımıza önəmli imza atılıb. Bu gün Anadoluda, Balkan Yarımadasında, Suriyada, Orta Şərqdə, Şərqdən Qafqaz İslam Ordusu bayrağı altında toplanan bütün qafqaz xalqları, bütün Anadolu coğrafiyası, bütün Trakyanın övladlarını rəhmətlə yad edirik. Allah məkanlarını cənnət eləsin. Onlar bizə önəmli bir miras buraxıb. Bu miras ən çətin zamanında belə qardaşının yardımına çatmaqdır. Eyni zamanda 1916-cı ildə Anadolunun Şərq cəbhəsində yaşanan sıxıntılara Bakıdan bir cəmiyyət olaraq, yardıma gələn qardaşlarımız olub. Eyni şəkildə milli mübarizə illərində 1915-ci ildən sonra Qazi Mustafa Atatürkün tələbi ilə yardım göndərən Azərbaycan var. Bu baxımdan bu qardaşlıq daim yaşayacaq. Qardaşlıq borcunu Birinci Qarabağ Müharibəsində iki qrup olan yardım edə bilməyən, 1974-cü ildə Kıprısda embarqo ilə qarşılaşmış, çarəsiz qalmış, öz texnologiyasını istehsal edə bilməyən, sıxıntılı dönəmlər yaşayan ,12 sentyabr yaşamış, iqtisadiyyatı tar-mar olmuş və toparlanaraq, 1991-ci ildən etibarən qardaşlarının yanında olmuşdur. Həmin dövrlərdə Türk xalqı yardım edə bilmədiyi üçün çox acılar yaşayıb. Rəhmətlik Turqut Ozal "Bir top mərmisi Naxçıvandan Ermənistan torpaqlarına düşsə nə olar" demişdi. Amma sadəcə bunu deyə bilmişdi. Edə biləcəyi çox şey olmamışdı. Rəhmətlik Heydər Əliyev həmin dönəmlərdə Azərbaycanın birliyini təsis edən, müstəqilliyini qoruyaraq, azad, müstəqil Azərbaycanın təməlini atmışdı. Heydər Əliyevin tək bir vəsiyyəti var idi. O da Qarabağın azad edilməsi idi. Bu gün Azərbaycan və Türkiyənin birlikdə olması, Türkiyənin siyasi və mənəvi dəstəyi ilə artıq Qarabağ azaddır və Azərbaycanın bir parçasıdır. İnşəallah qardaşlaığımız daim olacaq. İrəliyə daha inamlı addımlarla irəliləyəcəyik. Tarixi unudanın əsla gələcəyi olmaz. Tariximizi əsla unutmayacağıq. Zəfərlərimizi, qəhrəmanlarımızı uşaqlarımıza danışacağıq" - deyə səfir, çıxışı zamanı bildirib.

Daha sonra Türkiyənin ombudsmanı Şərəf Malkoç çıxış edərək, ermənilərin döşədiyi yüzminlərlə sayı olan minalarla bağlı hesabat hazırlayaraq, bütün dünyadakı insan haqqları müdafiəçilərinə,ombudsmanlara, BMT -yə göndəriləcəyini qeyd edib.

"Çünki keçən il müharibənin ortasında oktyabrın 23-də gəlib, müharibə gedən ərazilərdə gəzib, ermənilərin uzun mənzilli silahlarla şəhərləri necə vurduğunu və gecə yarısı uşaq-yaşlı demədən onlarla azərbaycanlını necə qətlə yetirdiyini və insanlığa qarşı etdiyi vəhşilikləri qeydə alaraq, bütün dünyada olan insan haqqları müdafiəçilərinə,,ombudsmanlara, məhkmələrə göndərmişdim. Bu ikinci hesabatı hazırlamaq üçün Bakıya gəlmişəm" - deyən Malkoç 103 il əvvəl baş verən hadisələrdən də söz açıb.

O, qeyd edib ki, Bakıda fövqəladə bir halın olduğu dönəmdə 28 yaşlı gənc Nuri Paşa Bakını fəth edib.

"İndi analar 28 yaşlı övladlarını çölə ethiyyatla buraxır. O dövrün ruhu yaşanmalıdır yenə. Türk qardaşlığından narahat olanlar var. Bu bizə maraqlı deyil. Biz hər sahədə qardaşlığımızı güclü bağlarla gələcəyə aparacağıq. Mən Trabzonluyam. Birinci Qarabağ müharibəsi zamanı mən vəkil idim. Dostlarımızla birlikdə necə kömək edə biləcəyimizi müzakirə edirdik. Bizim müzakirəmizə qoşulan gənclər gəlib bizə ruh-həvəs verirdilər. Rusların Qars-Ərzurum işğalı dövründə çəkilən əziyyətlər və aparılan mübarizə ilə bizi ruhlandırdılar. O dövrdə Trabzonda böyük mitinq edib, səsimizi çatdırmağa çalışdıq" - deyən Malkoç, onu da bildirib ki, Azərbaycan və Türkiyə əvvəlki Azərbaycan və Türkiyə deyil. İndi bu birlik elmi-iqtisadi və s. sahədə davam etdiriləcək.

"Dünyada narahatlıq, müharibələr, insan haqqlarının tapdanması var. Dünya bir çıxış, yeni bir mədəniyyət gözləyir. Mərhəmətə, şəfqətə, qul haqqına istinadlı yeni bir anlayışa ehtiyac var. Bu anlayışın toxumlrını Azərbaycanda görürük. Bu toxumları Türkiyədə görürük. İnşəallah bu toxumlar fidan olacaq. Bu toxumlar böyüyüb ağac olacaq. Bu toxumların ağaca dönməsi üçün çox çalışmaq lazımdır" - deyən Malkoç çıxışını bitirib.

Daha sonra tarixçi yazar Telman Nüsrətoğlu çıxış edərək, tarxixin dərinliyindən söz açıb:

"Azərbaycan Rus işğalından sonra hədəf halına gətirildi. Bu coğrafiyanın etno-demoqrafik xəritəsinin dəyişdirilməsi, xüsusilə Türkmənçay müqaviləsindən sonra ermənilər və digər millətlərin nümayəndələri Azərbaycan torpaqlarına yerləşdirilmiş və buranın bütün xəritəsi dəyişdirilmişdi. Bu dövrdə İrəvan torpaqları tamamən erməniləşdirildi. Zəngəzur Azərbaycandan alınaraq Ermənistana hədiyyə edildi. Daha sonra Dağlıq Qarabağ vilayəti adı ilə qondarma bir vilayət yaradıldı"....

O, bildirib ki,1918-ci il 31 mart soyqırımından sonra Qafqazı qurtarmaq məcburiyyət olmuşdu:

"Osmanlı dövləti özü də Birinci Dünya Müharibəsində ölüm-dirim savaşı verirdi. Digər tərəfdən isə Qafqaz müsəlmanlarını qurtarmaq üçün hərəkətə keçir. O dövrdə almanlar da Qafqaz Ordusunun Bakıya gəlməsini istəmirdi. Çünki bolşeviklərlə gizli anlaşma imzalayaraq, Bakının 4/1-in onlara verilməsi vəd edilmişdi. Ənvər paşa almanlardan gizli bir planla Azərbaycan əməliyyatını həyata keçrimişdi. Hətta ordu Bakıya girəndə Halit Paşanın yanlnda bir alman var idi. O qətl edilmiş, cəsədləri küçələrdə olan azərbaycanlılara fikir vermədən, Nuri Paşanın məhkəmə qərarı ilə edam etdirdiyi erməni qruplaşma rəhbərlərinin cəsədini görərək etiraz edib, "belə bir şey olmamalıdır" deyəndə Nuri Paşa "əgər çox sevirsənsə, səni də onların yanına göndərə bilərik" demişdi" - deyə tarixçi danışıb.

Tədbirdə Səməd Seyidov, Məlahət İbrahimqızı, millətvəkili Ramil Həsən və digərləri çıxış edərək, öz fikirlərini bildirib. Millət vəkili Qənirə Paşayeva isə çıxışı zamanı bildirib ki, "bizdə eşqin iki tərifi var, biri yaradan, digəri isə vətəndir"...

Sonda Türkiyə Səfirliyinin Din Xidmətləri müşaviri Zeki Yavuzyılma şəhidlərin ruhuna Quran ayələri səsləndirib.

Tədbir Türkiyə Səfirliyinin Nuri Paşa salonunda təşkil olunub.

Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »