Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekran qarşısında yemək orqanizmə necə zərər verir
Ekran qarşısında yemək orqanizmə necə zərər verir

Texnologiya 21-ci əsr insanının həyatında böyük yer tutmağa başlayıb. Adamlar hətta qidalanmağı da ekrana baxmadan həyata keçirə bilmirlər. Halbuki mütəxəssislər bu elementin orqanizmə böyük xətər yetirməsindən danışırlar.

Bizimyol.info xəbər verir ki, “Arıqlama beyində başlayır” kitabının müəllifi Jerar Apfeldorfer texnoloji cihazlarla birlikdə yeməyi amerikalı irsi sayır. Psixoterapevt bu prosesi “gözü ilə qidalanmaq” adlandırır.

“Elə vəziyyət yaranıb ki, yemək yanacaq doldurmaqın bir formasına çevrilib. Kiməsə proses tez, praktiki və xoş görünə bilər. Amma son nəticədə orqanizmimizə zərər vururuq”.

Apfeldorfer hesab edir ki, ekran insanı gerçək dad hiss etməkdən yayındırır. Beləcə, adamlar doyduğunu zamanında hiss etmir, kökəlmək riski artır. Müasir biliklər və ətraf mühit institutunun qida davranışı müəllimi Olqa Davidenko da fərqli düşünmür.

“Bu prosesi başa düşmək üçün “hisslərə xas toxluq” adlanan mexanizmi anlamaq lazımdır. Qidalanma zamanı nə qədər çox yeyiriksə, yemək zövqü anlayışımız bir o qədər azalır. Sadə dildə desək, ilk yeməkdən tam zövq alırsınız və sonda dad darıxdırıcı görünür və zövqə qarşı həssas olur”.

Kompüter və ya televizor qarşısında qidalanmaq yaddaşa da mənfi təsir göstərir. Diqqəti ekrana yönəltmək dada emosional yanaşmanı sıradan çıxarır. Ekran bütün hisslərin idarəetməsini ələ alır. Olqa Davidenko deyir ki, belə vərdişləri olan insanlar amneziya xəstələrinə bənzəməyə başlayır:

“Bir neçə saat sonra insanın yaddaşında yeməklə bağlı dumanlı fikir qalır. Yeməyin keyfiyyətini qiymətləndirə bilmirsən. Amneziya xəstələri doyunca yeyəndən 20 dəqiqə sonra növbəti təklifə də müsbət cavab verir. Onlar bir az əvvəl nə etdiklərini unudurlar”.

Dieotoloq Letisiya Villerval izah edir ki, yemək gözdən və burundan başlayır. O, beş hiss orqanının işə salınmasını vacib sayır.

“Yeməyinizə baxaraq və iy hiss edərək özündə həzm fermentləri olan tüpürcək ifraz edə bilərsiniz. Sürətli yeyərək daha az çeynəməyə meyl edirik, bu da bu fermentlərin ifrazına maneə törədir. Həm də əyilmiş vəziyyətdə otururuq. Belə olan halda mədə sıxılır, öz işini lazımınca görə bilmir. Orqanizmə hər cür zərər vururuq”.

Apfeldorfer qidalanmanın ayrıca zövq prosesi olduğunu xatırladır. Ekrandan asılılıq həmin zövqün üzərindən xətt çəkir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »